Sirius Ulduzu

 

 

Qurandakı bəzi anlayışları XXI əsrin elmi faktları ilə qarşılaşdırdıqda qarşımıza Quran möcüzələri çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində haqqında bəhs edilən Sirius ulduzudur:


Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

Ərəbcə "Şira" adlanan Sirius ulduzunun «ulduz» mənasını verən «Nəcm» surəsinin 49-cu ayəsində işlədilməsi çox diqqətçəkəndir. Çünki elm adamları gecələr göy üzündə ən parlaq ulduz olan Siriusun qeyri-müntəzəm hərəkətlərinə əsasən, onun cüt ulduz olduğunu kəşf etdilər. Buna görə də Sirius, Sirius A və Sirius B adlandırılan iki ulduzdan ibarət qoşa ulduzdur. Daha böyük olan Sirius A Yerə Sirius B-dən daha yaxındır və gözlə görünən ən parlaq ulduzdur. Sirius B ulduzunu isə teleskopsuz görmək mümkün deyil.

Sirius ulduzları bir-birlərinə doğru yay formasında çevrə çəkirlər və hər 49.9 ildə bir-birlərinə yaxın məsafədə trayektoriya cızırlar. Bu fakt Harvard, Ottava və Leysester Universitetlərinin astronomiya fakültələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir. 55 Bəzi mənbələrdə belə bildirilir:

Ən parlaq ulduz olan Sirius, əslində, qoşa ulduzdur. Orbitində fırlanma müddəti 49.9 ildir. 56

Məlum olduğu kimi, Sirius-A və Sirius-B ulduzları bir-birlərinin ətrafında hər 49.9 ildə bir dəfə qoşa yay şəkilli çevrə çəkərək fırlanırlar. 57

Burada diqqətçəkən cəhət iki ulduzun bir-birləri ətrafında fırlanarkən yay şəkilli qoşa çevrə əmələ gətirməsidir.

Ancaq XX əsrin sonlarında məlum olan bu həqiqət möcüzəvi şəkildə 14 əsr əvvəl Quranda bildirilmişdir. «Nəcm» surəsini 49-cu və 9-cu ayələri birlikdə oxunduqda bu möcüzə qarşımıza çıxır:

Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. (Nəcm surəsi, 9)

«Nəcm» surəsinin 9-cu ayəsindəki «onların arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun orbitinin bir-birlərinə yaxınlaşdığını bildirir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə kəşf edilməsi qeyri-mümkün olan bu həqiqət Quranın uca Rəbbimizin sözü olduğunu göstərir.
Davamı →

"Bir kərə yüksələn bayraq, bir daha enməz!" - "Məhəmməd Əmin Rəsulzadə"

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr — şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub. 

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
Ardı →

Ulduzların sürüşməsi

Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz. Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla kilometr məsafədəki uzaq günəşlərdir. Günəş sistemimizin içində günəş və planetlərin cazibə qüvvələri arasında ora-bura gəzən saysız meteoritlər mövcuddur.
Ardı →

Bir Mahnı ilə Məşhurlaşan Ulduzlar

Siz nə vaxtsa Bobby McFerrin'in adını eşitmisiniz? Yox? Amma onun mahnısını çox yaxşı tanıyırsınız.
Elə mahnılar var ki, uşaqlıqdan qulaq asıram və həmin mahnıdan çox xoşum gəlir. Lakin bir problem var, həmin hitin ifaçısının başqa heç bir mahnısını eşitməmişəm. Eşidəndə də deyirəm «bu nə mahnıdır, onun sevdiyim mahnısı kimi başqa yaxşı mahnıları yoxdur?» Cavab da olur «yoxdur!». Belə musiqiçilərə «One Hit Wonder» deyilir, yəni «Bir Hit Möcüzəsi». Bu zaman mahnını oxuyan qrup və ya fərd, yalnız bu mahnıya görə məşhurlaşır və bütün sənəti illər keçdikdən sonra da çoxlarının zövqünü oxşayan bu hitin kölgəsi altında qalır. Aşağıda ən çox sevdiyim bir hit möcüzələrini yerləşdirmişəm:




Ardı →