Övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların «birdəfəlik» hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. 

Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar. Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu «işarələyir». Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq


Davamı →

Cizgi filmlərinin uşaqlara təsiri

Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır.
Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı ciizgi filmləri uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək.
Çoxları razılaşar ki, 35-40 yaşlı insanlar sülhü, paylaşmağı, sakitliyi, təbiəti və heyvanları sevməyi daha yaxşı bacarırlar. Təbiidir, burada onların körpəlikdə bu cür hissləri aşılayan cizgi filmlərinə baxmasının önəmli rolu var.

Müasir cizgi filmlərinin uşaqlara zərəri


Davamı →

Uşaqlar niyə yalan danışır?

Yalan insan həyatının vazkeçilməz bir hissəsidir. İnsanlar uşaq yaşlarından yalan danışmağa başlayırlar. İlk vaxtlar bunu bilməyərək edirlər. Çünki 4 yaşınacan deyilən yalanların əksəriyyəti fərqində olmadan deyilən yalanlardır. 
 
Uşaqlar məsələn «ana səninlə parkda gəzəndə it məni qorxtmşd yadındadı?» bu kimi «yalan»lar deyə bilər. Valideyin həmən an övladının olmayan, baş verməyən hadisələri danışıb onu aldatdığını və ya övladının psixoloji problemi olduğunu düşünə bilər. Amma bu cür nümunədəki kimi məsum real olmayan cümlələrin nadir hallarda olması, övladınızın yuxuyla real həyatı qarışdırması mənasını verir. Uşaqlar bəzən yuxuda gördüklərini real hadisə kimi xatırlaya, özünü o hadisənin əsas, qurtarıcı obrazı kimi qələmə verə və onları ailə fərdlərinə real hadisə kimi danışmağa başlaya bilər. Dörd yaşına qədərki uşaqlarda adətən eqosentrik düşüncə hakim olur. Əşyalara və hadisələrə ancaq öz prizmalarından baxırlar. Gördükləri «dünyanın hakimi” yalnız özləridir. Canlı-cansız varlıqları tam ayırd edə bilmirlər. Özləri canlı olduğu üçün onların nəzərində hər şey canlıdır. Bu yaşdakı uşağın nəzərində üzərinə mindiyi oyuncaq atla canlı at arasında heç bir fərq yoxdur. Onunla canlı atla söhbət edirmiş kimi danışarlar. Bu yaşdakı uşaqlar yuxu ilə gerçək həyatı bir-birindən ayıra bilmirlər. Gördükləri yuxunu gerçək hadisə kimi qavrayarlar. Amma əlbətdəki bu hal davamlı və çox olduqda artıq bu bir problem də ola bilər. Bu səbəbdən vaxtında bir peşəkara müraciət olunması ancaq müsbət addım olar.

Davamı →

Qənaət etməyi uşaqlara necə öyrədək?

İnsanların vərdişləri həyatını mənfi və ya müsbət istiqamətdə yönləndirir. Məhz buna görə də uşaqlarımızın təlim-tərbiyə prosesində onlara yaxşı vərdişlər aşılamalıyıq. Uşaqlara daha kiçik yaşlardan öyrədilməsi labüd olan vərdişlərdən biri də qənaətcillikdi. Qənaətcillik uşağa ilk olaraq nəfsini tərbiyə etməyi öyrədir. Uşaqlar qənaətçilliyi öyrənərək satın alınacağı məhsulun ehtiyacmı istəkmi olduğunu ayırd edə bilir. Uşaqlara ehtiyaclarını qısmadan, amma var olanı mümkün qədər ziyansız istifadə etməyin öyrədilməsi qənaətcilliyin əsas prinsipidir.

Qənaətcil olmağın uşaqlarda formalaşması üçün qeyd edəcəyimiz davranışları aşılamaq lazımdı.


Davamı →

Uşaqların xoşbəxt olduğunu göstərən davranışlar

Bir çox valideyn uşaqlarının mükəmməl olmasının vacibliyi fikrinə köklənib. Lakin müxtəlif ölkələrdə psixoloq araşdırmaları nəticəsində məlum olub ki, uşaqların daxili azadlığı həyatlarına müsbət təsir edir.

Hansı tip uşaqlar daha xoşbəxtdir?

Uşaqlar nəzarətinizdən çıxdığınız zaman onlara hirslənmək doğru deyil. Səbirli olmaq lazımdır. Çünki
Davamı →

Uşağa neçə yaşında telefon vermək düzgündür?


Mobil telefon mövzusunda valideynlər övladlarına yaxşı nümunə olmalıdırlar.

Türkiyəli psixoloq Öznur Simavın uşaqları mobil telefondan uzaq tutmaq üçün təkliflərini təqdim edirik
Sirr deyil ki, uşaqlarda texnologiyanın mənfi təsirləri fiziki və psixoloji baxımdan mütləq özünü göstərir. Onların mənfi təsirlərindən qorunmaq üçün əvvəlcə ana və ata bu mövzuda yaxşı nümunə olmalıdırlar. İşdən evə gəldikdən sonra mütəmadi olaraq telefon əlindən düşməyən, bütün günü uşağının onu gözləməsinə baxmayaraq gözlərini telefondan, barmaqlarını ekrandan çəkməyən valideynlər övladları üçün pis nümunədir: “Texnoloji vasitələr uşaq dayəsi deyil. Uşaqların valideynləri ilə birbaşa ünsiyyətə ehtiyacları var. Müasir uşaqlar məhz buna çox ehtiyac duyurlar. Ona görə də uşaqlarınızla keçirdiyiniz az vaxtı yaxşı dəyərləndirmək lazımdır”.
Davamı →

Uşaqlar nəyə görə dərs oxumaqdan yayınır?


Uşaqları dərslərdən soyudan vərdişləri görmək istəyirsinizsə, bunlara nəzər salın.
Öyrənmək bacarığı hər insanda fərqlidir. Kimi daha tez öyrənərkən, kimi də biraz vaxta ehtiyac duyur.
Müasir dövrdə bəzi ailələrin uşaqların təhsili ilə bağlı etdikləri səhvlər, uşaqların bacarıqlarını nəzərə almadan onlara yol çəkmək və uşağı bu yolda getməyə məcbur etməkdir. Ancaq hər kəsin maraq dairəsi və bacarığı olduğu sahələr var.
Davamı →

Uşaqlara harada və nə zaman yox deməliyik?

Uşaqlarına “yox” demək bu gün bir çox valideynlər üçün ümumi problemdir. Yox deməyin mənfi nəticələrə gətirib çıxaracağından qorxan və bəzən necə davranacağını bilməyən valideynlərlə rastlaşırıq.

Bununla belə, valideynlik nə uşağın hər dediyinə “yox” demək, nə də onun hər dediyinə “hə” demək deyil. Valideynlik müsbət motivasiya elementlərindən istifadə etməklə uşağı nizam-intizam qaydaları çərçivəsində böyütmək bacarığıdır. Müsbət motivasiya və mənfi motivasiya çox vacibdir. Çünki bu, ümumiyyətlə ölkəmizdə tətbiq olunan mənfi motivasiyadır.
Davamı →