İdeal valideyn kimdir?

Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir? 

Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər. 

Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək.


Ardı →

Hiperaktiv uşaqlar

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Davamı →

U.Livinqston Larden: Atanın peşmançılığı.

“Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmışdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk edərək gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayırdım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırırdım.
Ardı →

Ən çətin seçim

Əsəbi və hamilə qadınlar baxmasın.
Dünyada ən çətin seçim bunu sayırlar. Bu hadisə doğurdan da bir vaxtlar İngiltərədə olub. bir vaxtlar qatar yolunda bir adam operator işləyirmiş. Qatarların körpüdə keçdiyi yolu requlirovka edirmiş. Hər şeydən çox sevdiyi oğlu varmış. Ata-bala bir yerdə olurlarmış.Bir gün qatar körpünün üstündən keçərkən problem yaranır.Ata seçim qarşısında qalmalı olur.Ya öz oğlunu qurban verməlidir,ya da bütün qatardakılar ölməlidir.





Davamı →