8. Bazar subyektlərinə verginin təsiri

Əmtəə ilə bağlı verginin tətbiqi nəticəsində əldə edilənlərin və itkilərin həcmini müəyyən etmək üçün iqtisadi rifah nəzəriyyəsi alətlərindən istifadə edək. Bunun üçün verginin istehlakçılara, satıcılara və hökumətə təsirini nəzərə almaq lazımdır. Bazarda alıcılar tərəfindən əldə ediləcək fayda — istehlakçı qazancı istehsalçıların məhsul üçün ödəməyə hazır olduğu qiymətdən onun həqiqi qiymətini çıxmaqla əldə edilən pul kəmiyyəti ilə müəyyən edilir. Satıcılar tərəfindən əldə edilən fayda isə — istehsalçıların qazancı mal göndərənlərin əldə etdiyi puldan xərcləri çıxdıqdan sonra əldə edilən pulun kəmiyyəti ilə müəyyən edilir.


Ardı →

8. Vergiqoyma xərcləri

Çox vaxt məhz vergilər qızğın siyasi mübahisələrin mərkəzində dayanır. 1776-cı ildə Britaniya hökuməti tərəfindən müəyyənləşdirilmiş vergilərdən narazı qalan Amerika koloniyaları Amerika inqilabını həyata keçirdilər. Bill Klinton 1992-ci il seçkilərində əsasən ona görə qalib gəldi ki, amerikalılar onun sələfi olan ata Corc Buşa 1988-ci ildə «Eşidin, heç bir yeni vergi olmayacaq»- deyərək sonradan ona əməl etməməsini bağış­la­madılar.
Ardı →

6. Elastiklik və vergiqoyma

ELASTICITY AND TAX INCIDENCE
Hər hansı bir əmtəəyə vergi qoyarkən onun ağırlığı alıcıların və satıcıların üzərinə düşür. Ancaq hansı nisbətdə: 50: 50-yə olan nisbət istisnadır. Gəlin şəkil 6.9-da göstərilən 2 bazarda olan vergiqoymanı nəzərdən keçirək. Hər 2 halda qrafiklərdə tələb və təklifin ilkin əyriləri alıcıların ödədikləri və satıcıların əldə etdikləri məbləğlər arasında verginin əyrisi göstərilib (tələb və təkliflərin yeni  əyriləri yoxdur.Əyrilərin vəziyyətinin dəyişməsi verginin kimdən –alıcılardan və ya satıcıdan alınacağından asılıdır, ancaq bunun heç bir fərqi  yoxdur). Qrafiklərdəki əyrilər tələb və təklifin nisbətinin elastik­liyindən fərqlənirlər.


Ardı →