Xarakterimizə görə tutula biləcəyimiz xəstəliklər

Qəribə olsa da xarakterimiz və həyata baxışımız orqanizmimizə təsir göstərir. Hətta tədqiqatlar xarakterimizə görə tutula biləcəyimiz xəstəliklərdən də xəbər verir…

Aqressivlər: Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatı boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar: İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər): Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər (bədbinlər): Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.


Ardı →

Xalq təbabəti ilə Revmatizmin müalicə üsulları

Revmatizm (kəskin oynaq revmatizmi) streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir.

Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər.

Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm — A qrupundan olan β-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.
Streptokok infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir.
Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.


Ardı →