7 günə necə xoşbəxt olmaq olar?

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. Elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolununu sizə təqdim edirik.
Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi.

Davamı →

Pul və Xoşbəxtlik

Xoşbəxtlik anlayışı iqtisadiyyatda geniş mənada  1700cü illərdə araşdırma mövzusu olub. 20ci əsrin ikinci yarısından isə yenidən gündəmə gəlib.  Xoşbəxtlik insanların rifahı ilə əlaqədar olduğu üçün iqtisadçılar fərd və cəmiyyətin xoşbəxtliyini formalaşdıran səbəbləri araşdırmışlar.  Bu mövzuda danışarkən  əksəriyyətimizin ağlına gələn ilk sual budur: " Pul xoşbəxtlik gətirərmi? "   
Cəmiyyət içərisində bu suala müxtəlif cür cavablar verilir:
Pul xoşbəxtlik gətirər, pul varsa hər şey var ; Pul xoşbəxtlik gətirməz; Pulun xoşbəxtlik gətirib gətirməməsi  şəraitə və insanlara görə dəyişir; Pul o halda xoşbəxtlik gətirər ki, məqsədlərə çatmaqda vasitə olsun, məqsəd olmasın ;  Pul xoşbəxtlik gətirər amma doğru xərcləndiyində; Pul xoşbəxtlik gətirməz, amma pulsuz da yaşanmaz .

Əlbəttə hər birimiz bilirik ki,


Ardı →

Bunları edərək özünüzü bədbəxt etməyin!

  

Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalı, bizi durdura biləcək hərəkətləri etməkdən çəkinməliyik.

1.Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin
Həyat çox qısadır. Enerjinizi tükədən, mənfəətləri üçün istifadə edən insanlara ömrünüzü sərf etməyə dəyərmi?! Kimsə sizi öz həyatında dəyərli biri kimi hesab edirsə, rahatlığınızı təmin edəcək hər bir şeyi edəcək. Daha kiminsə həyatında yer tutmağa bu qədər can atmağa ehtiyac qalmayacaq. Dəyərinizi aşağı salan, işinə yaramadıqda sizi alçaldıb, ehtiyac duyduqda üzr istəyərək yaltaqlanan insanlardan uzaq durun.

2.Sizi əhatə edən problemlərdən qaçmayın
Problemlə qarşılaşdıqda qaçmayın. Əksinə, onunla üz-üzə gəlin. Bilirəm, bu heç də asan deyil. Cəld reaksiya verərək çətinliyi anidən həll etmək iqtidarında deyilik. Çox vaxt çətinlik və problemlə qarşılaşdıqda kədərlənir, acı hiss edir, tənəzzülə uğrayır, depressiyaya düşürük. Həyatın bir mənası da məhz budur. Problemlə üzləşdikdə çıxış yolunu öyrənir, daxili potensialımızı kəşf edirik. Bizi insan edən də budur.


Ardı →

Kitabxanaya getmək də insanları xoşbəxt edir

Kitabxana insanı xoşbəxt edən bir vasitədirKitab insan həyatının bələdçisidir. Kitab insanların maarifləndirilməsində xüsusi rol oynayır.

İngiltərədə aparılan bir araşdırmada ilk dəfə xoşbəxtliyin maddi dəyəri ölçülüb. London İqtisad Məktəbinin tədqiqatçıları insanları daha çox hansı növ fəaliyyətin xoşbəxt etdiyini araşdırıblar.

Hesablamalara görə sənət və mədəniyyətlə bağlı fəaliyyətlərlə yanaşı idman da insanlara illik gəlirlərində 5 min sterlinq (təxminən 5600 manat) qədər artım olması dəyərində xoşbəxtlik verir.

40 min ingilis ailəsində aparılan araşdırma “The Daily Telegraph” qəzetində dərc olunub. Yaş, səhhət və təhsil səviyyəsi kimi xoşbəxtliyə təsirli olan faktorlar xaric hansı fəaliyyət növünün insanları daha çox xoşbəxt etdiyi araşdırılıb.


Ardı →

Kimlər xoşbəxtdir: savadlı, yoxsa savadsız?

Zəka və bilik səviyyələri aşağı olan insanların biçarə, bədbəxt və depressiya vəziyyətində olması ağıllılardan daha çoxdur. «Psychological Medicine» bildirir ki, London Kral Kolleci və «Adult Psychiatric Morbity Survey in England»ın birgə araşdırmaları zamanı alimlər bilik və zəka qabiliyyətinin aşaöı olan insanların həyatında daha az gəlir, yoxsulluq, müxtəlif problemlər, gündəlik yaşamda məşəqqətlər, başqalarının yardımlarına ehtiyac duymağa səbəb olur.

Bütün bunları yaşayan insan, çətin ki, özünü bəxtəvər saysın.

6700 nəfərin qatıldığı anonim sorğu və sonrakı eksperimentdə könüllülərə özlərini bəxtəvər hiss edib-etmədikləri barədə suallar verilib.
"Özümü yaxşı, bəxtəvər hiss edirəm" deyənlərin 43 faizinin İQ səviyyəsi 120-129 arasında olub. "Özümü çox pis, bədbəxt hiss edirəm" deyənlərin 79 faizinin İQ səviyyəsi 79-dan artıq olmayıb.

Tədqiqatın rəhbəri, professor Ancela Hassutisin dediyinə görə, yoxsul ailələrdə böyüyən uşaqların sonradan cəmiyyətin üst qatlarında yer tutmaları çox çətin olur. «Bu səbəbdən də savadsız insanlara dəstək verilməlidir», — Hassutis bildirib.

Davamı →