Saçların tez yağlanmasının 5 səbəbi

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin.
 
Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayaraq yağlanır. Saçlarınızı yumağa baxmayaraq, yağlanmasının qarşısını ala bilmirsinizsə, deməli, bəzi səhvlər edirsiniz.
 
 Saç dərisinin altında olan yağ vəzilərinin istehsal etdiyi sebum (yağ mayesi), saçların nəmli qalmasına və qorunmasına kömək edir. Ancaq çox yağlanan saç, vitamin əskikliyi və ya saç tökülməsi kimi narahatlıqlara səbəb ola bilər.
Davamı →

Tez yağlanan saçlar

Bir çox xanımların əsas problemlərində biri də tezyağlanan saçlardır. Çoxları ele düşünür ki, saçları tez tez yuduqda bu problemi aradan qaldırmaq olar.

Lakin, bu belə olmamaqla bərabər tam əks təsir göstərə bilir. Səbəb odur ki, saçlarınızı tez-tez yuduqda, siz piy vəzilərinin işini daha da gücləndirmiş olursunuz, və bununla saçlar yağlandığından daha çox yağlanmağa başlayır.

Dermotoloqların fikrinə əsasən saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Əgər səhər yuyulan saçlar axşam yağlanırsa, o zaman buna səbəb olan orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır.

Saçlar niyə tez yağlanır?
Buna səbəb genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.

Müəyyən preparatların qəbulu, stress və qadın xəstəliklərin orqanizmdə hormonal pozğunluqlara gətirə bilər. Bu isə insanın xarici görünüşünə təsir edə bilər. Bu saçların yağlılığı ilə də müşahidə oluna bilər.

Problem daxili orqanlarda olduqda isə, heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir.
Ardı →

Yağlı saçlarla mübarizə

Saç tez yağlanır və siz hər gün saç yumaqdan bezmisiniz?
Tez yağlanan saçların həlli bu yazıdadır.

Heç şübhəsiz qadınların ən böyük problemlərindən biri də tez yağlanan saçlardır. Biz sizin üçün bu problemin həllini araşdırın onların həlli yollarını tapmışıq. 
 
  • Duş alanda suyun çox isti olmamasına diqqət edin. Soyuq olmasa belə, ilıq su ilə duş almağa çalışın. İsti su baş dərisini qurudur, buna qarşılıq olaraq dəri daha çox yağlanır. 
     
  • Saç tipinə uyğun şampun seçin. Tez yağlanan saç dərisinə kremli şampun işlətsəniz, daha tez yağlanmasına səbəb olar. 

Ardı →

Yağlı saçlar

Guya saçdakı yağ nisbəti onun xarici görünüşünə parlaqlıq qatır. Ancaq parlaq saç ilə yağlı saç arasında çox incə bir xəttin olduğu da həqiqətdir. Bəs yağlı saç nədir və necə meydana gəlir?
Əslində “yağlı saç” deyə bir anlayış yoxdur. Yağlı olan dərinin özüdür.
Belə ki, saçları düz şəxslərdə dəridən ifraz olunan yağ gün ərzində sürətlə yayıldığı halda buruq saçlılarda bu müddət daha yavaş irəliləyir. Buna görə də istifadə ediləcək şampun çox diqqətli seçilməlidir. Həddindən artıq yağlı saçları yuyarkən şampunu iki dəfə tətbiq etmək lazım ola bilər.
Bundan başqa, yağlı saçlara sahib olan qadınların saçlarını necə düzəltdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez fırçalamaq və daramaq yağlanmağı sürətləndirir. Eyni zamanda saçların mümkün olduğu qədər az yığılmasında da fayda var. Saç mütəxəssislərinin fikrinə görə, yağlı saçlara sahib olan qadınlar qısa saç kəsiminə üstünlük verməlidirlər.
Digər bir fikrə görə, yağ alına təmas edərək sızanaqların yaranmasına da səbəb ola bilər. Yağlanma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, əslində başqa problemlərin də başlanğıcı sayılır. Saçın həddən artıq yağlanmasının qarşısı alınmazsa, bu, tüklərin tökülməsinə, hətta kəpək və seboreik eqzamanın yaranmasına səbəb ola bilər.      


Həmçinin bax:  Saçlara qulluq   Saçlar üçün maskalar
Davamı →