Beyin məşqləri

1 həftə boyu istifadə olunan beyin məşq proqramı:
1-ci gün: Gözlərinizi bağlayaraq duş qəbul edin və dişlərinizi fırçalayarkən hər zaman istifadə etdiyiniz əlinizi deyil, digər əlinizdən istifadə edin.
2-gün: Səhər qısa bir gəzintidən sonra balaca bir tapmaca tapın və ya məntiqi məsələ həll edin.
3-cü gün: İşə gedərkən hər zaman istifadə etmədiyiniz bir maşınla və ya piyada gedin. Axşam yeməyində balıq yeyin.
4-cü gün: Lüğətdən bilmədiyiniz bir neçə kəlmə öyrənin və gün ərzində bunlardan istifadə etməyə çalışın.
5-ci gün: Yoqa kimi forumlara qatılın və yeni insanlarla tanış olun.
6-cı gün: İşə gedən zaman daha əvvəl keçmədiyiniz bir yoldan keçin. Televizorda intellektual və elmli proqramlara baxın.
7-ci gün: Alkoqol və kofeindən uzaq durun, Serebratea çayı için. Alış-veriş cədvəlinizi əzbərləyin.
Davamı →

Yaddaşı möhkəmlətmək

Mütəxəssislər daha yaxşı yaddaşa sahib olmağın 10 qaydasını tapıblar. Araşdırma «Yahoo» portalında da yer alıb. Beyin əzələlərini hərəkətə keçirərək, daha güclü yaddaşa sahib olmağın yolları aşağıdakı kimidir:
1.Bir şeyi öyrənmək üçün əl hərəkətlərindən istifadə etmək beyinin məlumatı qavramasını asanlaşdırır.
2. Fasiləsiz ən azı 6 saat yatmaq
3.Sakitlik və stresdən uzaq durmaq beyinə məlumatı qavramağa və onu yadda saxlamağa kömək edir.
4.İdman beynin bütün, xüsusilə yaddaşa cavabdeh olan hissəsinə qan dövranını yaxşılaşdırır.
5. Brokolli, kələm, qabaq, yaşıl bitkilər, gilas, qırmızı alma, badımcan və üzüm kimi meyvə və tərəvəzlər yaddaşı qüvvətləndirir.
6.Oxumaq və oxunan kitabı müzakirə etmək yaddaşı gücləndirir. Beyinin düşünmək üçün cavabdeh hissəsini gücləndirmək üçün tərcümə ən yaxşı variantdır.
7. Qoxu xatırlamağa kömək edən hissdir.
8. Tək bir işlə məşğul olmaq beynə ötürülən informasiyanı yadda saxlamağa yardımçı olur. Məsələn, kitab oxuyarkən televizora baxmamaq, yemək bişirərkən telefonla danışmamaq.
9. Mahnı əzbərləmək
10. Daima yeni şeylər öyrənmək də yaddaşın güclənməsinə yol açır.

Davamı →

KİNO: Memento

Memento — latın sözüdür, «yadda saxla» deməkdir.

Görəsən niyə onun ardınca qaçıram?.. Lənətə gələsən....., deyəsən o mənim ardımca qaçır.....

Leonard hər gün yuxudan durur və güzgüyə yaxınlaşır. Özünün kim olduğunu yadına saldıqdan sonra, harada olduğu barədə fikirləşir. Son dəfə nə etdiyini öyrənmək üçün bədənindəki tatuları diqqətlə tədqiq edir, yaxınlığa qoymalı olduğu «Polaroid» şəkilləri axtarır. Lenny..., yox, yalnız sevimli həyat yoldaşı onu belə çağırırdı...., Leonard amneziya xəstəliyinin xüsusi növündən əziyyət çəkir.



Reliz:              2000
Rejissor:         Christopher Nolan
Ssenari:          Christopher Nolan
Baş Rollarda:   Guy Pierce, Carrie-Anne Moss, Joe Pantaliano

Ardı →

Hafizə

1.            Hafizə haqqında anlayış.
2.            Hafizə növləri və tipləri.
3.            Hafizə prosesləri və mnemotexniki üsullar.

1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.


Ardı →