Qara ilə bozun fərqi...

Mən sözümə qulaq asan,bir dediyimi iki etməyən bir uşaq istəyirəm.Orta yaşlı Sabir oğlu Rafiqin bu xarekterdə böyüməsini istəyirdi.Sabirin dostu Kamal isə onun bu fikirləri ilə razı deyildi:

-Məncə,bu,doğru fikir deyil.Uşaq nadinclik edə bilər.Ancaq bu nadinclik uşağın nə özünə,nə də başqalarına ziyan verməməlidir.Bir də uşaq nəyi nə vaxt istəməli olduğunu bilməlidir.Ona görə də,o özünə inanmalı,qətiyyətsiz olmamlıdır…


Ardı →

Həyata təkcə öz pəncərənizdən baxmayın..

-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür...
-Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..
-Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi?
-Bu necə sualdır,əlbəttə edirik.
-Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü?
-Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.
Ardı →

Hansı daha yaxşıdır...

Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Bu hadisəyə qədər sizin heç bir rolunuz yoxdur.Ancaq bundan sonra baş verənlər artıq sizin rolunuzdan asılıdır...


Şikayət etməyə başlayırsız.Və qəhvəni köynəyinizə tökdüyü üçün qızınızı məzəmmətliyirsiniz.Təbii ki,qızınız da pərt olur və ağlamağa başlayır.Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız.Mübahisə başlayır.Əsəbləriniz bir az da gərilir.


Ardı →

Verə bilərsənmi?!

Yaşlı bir şəxs çayın kənarında gəzərkən qiymətli bir daş tapmışdı.Səhəri gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Mütləq o daşa sahib olmaq istəyirdi. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca ona diqqətlə baxdı və heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi.


Ardı →

Yanaşma tərzi...

Qadın səhər yuxudan qalxır.Güzgüyə baxır və başında yalnız üç saç telini görür ...
" Hmm… " deyir… " Yəqin bu gün saçımı hörəcəyəm ..." Elə də edir, günü də çox gözəl keçir ...
Ertəsi gün qalxır, güzgüyə baxır… Başında iki saç teli qaldığını görür…
" Hmm ..." deyir… " Bu gün saçımı iki hissəyə ayıracağam ..."
Ardı →

Müsbət yüklə yüklənmək

ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!”

İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Davamı →