Yumurta qabığı faydalıdır

Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində orqanizm tərəfindən ən asan mənimsənilən kalsium formasından əlavə 30-a yaxın müxtəlif, o cümlədən çox nadir minerallar var — mis, ftor, dəmir, marqans, molibden, fosfor, kükürd, sink, kremnium, molibden və s.

Alimlər araşdırıblar ki, yumurta qabıqlarının tərkibi insanın sümükləri və dişləri ilə, demək olar, eynidir. Bu səbəbdən yumurta qabığı insanın dişləri və sümükləri üçün çox faydalıdır — dişləri və sümükləri möhkəmləndirir, uşaqlarda raxit, böyüklərdə osteoporoz xəstəliyinin inkişafının qarşısını alır.
Davamı →

Yumurta qabığının faydası

Bildiyimiz kimi, kalsium elementi insan orqanizmində böyük rol oynayır. Kalsium sümüklərimiz, dişlərimiz və dırnaqlarımız üçün əsas «tikinti» materialıdır.

Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var. Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.

Kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur. Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.

Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.
Ardı →