Abır müəllimlə Həya xanımın qeybə səyahəti

Bizim Başkəsən kəndində, dərənin bax o dibində uçuq bir daxma vardı. O daxmada kəndin sevimlisi Abır müəllimlə Həya xanım yaşayırdılar. Bir-birinə dərin sevgilərlə bağlıydılar. Qoşa gəzib-dolanardılar. Kəndin kamil adamları bu xoşbəxt cütlüyə Abır-Həya adı vermişdilər. Nə isə, gözəl və xoşbəxt  ailəydi. Ailənin bir  oğlu, bir də qızı vardı. Uşaqlar yetkinlik yaşına çatar-çatmaz Başkəsənin başçısı Zamanı dəyişib yerinə Hürriyyət bəyi qoydular.
Ardı →

De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara diriyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsən doğru-yalanla
De, necə barışım mən bu zamanla...


Mərdlərin başını namərdlər yiyir
Şərə göz vermiyib göz yumur Xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla…


Ardı →

Qırmızı böyürtkən | Vahid Məmmədli

Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…
Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.
Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.
Ardı →