Zilhiccə ayının 1-ci günü nə edək?

           Birinci gün: Çox mübarək bir gündür. Bu gün üçün bir neçə xüsusi əməl qeyd olunmuşdur.
1. Oruc tutmaq. Belə ki, bu gün oruc tutmaq 80 ay oruc tutmağın savabına bərabərdir.
2. Həzrət Fatimənin (s) namazını qılmaq. Şeyx buyurmuşdur: Rəvayət olunub, bu namaz 4 rəkətdir. Əmirəlmöminin namazı kimi iki salamı var. Hər rəkətdə bir «Fatihə» surəsi və 50 dəfə "İxlas" surəsi oxunulur. Namazdan sonra Həzrət Zəhranın təsbihatı (34 dəfə «Allahu əkbər», 33 dəfə "Əlhəmdulillah", 33 dəfə «Subhanəllah») deyilir, daha sonra bu dua oxunulur:
«Subhanə zil-izziş-şamixil-muniyfi, subhanə zil-cəlalil-bazixil-əziymi, subhanə zil-mulkil-faxiril-qədiymi, subhanə mən yəra əsərən-nəmləti fis-safa, subhanə mən yəra vəq`ət-tayri fil-həva`i, subhanə mən huvə həkəza və la həkəza ğəyruhu.
Ardı →

Zilhiccə ayının ilk ongünlüyü nə edək?

   
 Zilhiccə ayı çox şərif aylardan hesab olunur. Bu ay yetişdikdə, peyğəmbərimizin nümunəvi səhabələri, tabeinlər, ibadət etməkdə daha çox səy göstərərdilər. Bu ayın birinci ongünlüyü Qurani-məciddə «məlum günlər» kimi qeyd edilmişdir. Allah Rəsulundan rəvayət olunmuşdur ki, bu on günlükdə edilən ibadət və yaxşı işlər Allahın yanında daha sevilən və daha bəyəniləndir. Bu ongünlüyün xüsusi əməlləri vardır: 
1. Oruc tutmaq. Belə ki, bu ongünlükdə oruc tutmaq bütün ömür boyu oruc tutmağa bərabərdir.
2. Həmin bu on gün ərzində məğrib və işa namazı arasında iki rəkət namaz qılmaq. Hər bir rəkətdə «Fatihə» surəsindən sonra "İxlas" surəsi, daha sonra aşağıdakı ayə oxunulur:
«Və və`ədna Musa səlasiynə ləylətən və ətməmnahə bi`əşrin. Fətəmmə miyqatu rəbbihi ərbəiynə ləylətən və qalə Musa liəxiyhi Harunə-xlufni fi qaumi və əslih və la təttəbi` səbiyləl-mufsidin.»
Tərcüməsi: Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” ("Əraf", 142)
Bu namazı qılan şəxs hacıların əldə etdiyi savaba şərik olar. 
Ardı →

Zilhiccə ayı

Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s.a.s) Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur buyurunca orada olanlar; Ya Peyğəmbər (s.a.s) Allah yolunda edilən cihad da Zülhiccədə edilən ibadətdən daha sevimlimidir? dedilər. Peyğəmbər (s.a.s) bəli cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir buyurdu. (Təcrid, III, 188) 
Zilhiccənin səkkizinci gününə «tərviyyə günü», doqquzuncu gününə "Ərəfə günü" Qurban bayramı gününə ( onuncu gününə) «Nəhr günü» ondan sonrakı üç günə də «Təşriq günləri deyilmişdir. 

Ardı →