7 saniyə nəzəriyyəsi

Ölümün ilk 7 saniyəsində insan beyni yuxu vəziyyətində olur. Siz şüursuz vəziyyətdə şüurlu olursunuz. İnsan yuxu görəndə bütün zaman anlayışımızı itirir. 

1 gün bir dəqiqə, bir saniyə bir il ola bilər. Beləliklə bəlkədə siz 3 saniyədir ölmüsünüz və indiyə qədərki bütün həyatınız bir yuxudan ibarətdir, tanıdığınız bütün insanlar beyninizin məhsuludur?

Əgər bu anlayışı qavraya bilsəniz onda siz Lucid dream state (lucid* yuxu hali)na keçə bilərsiniz. Bu yuxu vəziyyətində siz istədiyinizi edə bilər, ətraf mühiti istədiyiniz kimi dəyişə bilərsiniz. Bu matrix’ə daxil olmaq kimi bir şeydir.

Lucid = aydın, anlaşıqlı. Burada lucid dream aydın, idarə oluna bilinən yuxu mənasındadır. Xəyal qurmaq kimi sükan öz əlinizdədir.

Tərcümə: Kərəm Məmmədov 


Davamı →

Doğulduğum gündə də öldüm

Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilməz. (Mişel Monten)

Ölüm böyük itki deyil. Böyük itki, yaşayarkən içimizdə ölənlərdir.(Robin Şarma)

Ölüm — yolçunun dincəlməsi, bütün səylərinin sonudur.  (Umberto Eko)

İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. (A.Şopenhauer)


Ardı →

İki nöqtə

Nöqtə… Durğu işarəsi. 
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;)  — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. 
Qoşa nöqtə (:)  — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...)  — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm
Ardı →

Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

Ölümün rəqsi var dostlar I Hekayə

Hər axşamın bir səhəri olduğu kimi bu axşamında səhəri mütləq gələcəkdi.Amma bu axşam və səhər əvvəlki axşam və səhərdən özünün möhtəşəmliyi ilə fərqlənəcəkdi.

O,hər gecə,hər gün adətkar olduğu işini görməsəydi özündə boşluq hiss edirdi.Onun adətkar olduğu gecə işi isə,gecələr yuxusuz qalmağın bütün özəlliklərindən lazımınca istifadə etmək idi.Bu axşam onun üçün digər axşamlardan çox,amma çox fərqli olacaqdı.Amma təbiiki o,bunu nə biləcək,nə də hiss edəcəkdi.Bu onun həyatında vaxtsız gəlmiş qonaq kimi olacaqdı.


Ardı →

Siqaret çəkən qadınlar erkən ölür

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi  böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər.


Ardı →

Ölümə aparan yol...

"İçini siktiyim dünya"

deyə oturduğun masada

sərxoş olacaqsan bir gün...

İçəcəksən, içəcəksən,

çox içəcəksən...

Beynin dumanlanacaq,

yalnız onun fikri ilə içəcəksən,

yalnız o olacaq fikrində...

Saatların necə keçdiyini

anlamayacaqsan,

elə hey içəcəksən...

Gecə gec olacaq,

kafe bağlanacaq,

məcburi qaldırılacaqsan masandan...

Küçədə səkkiz yaza-yaza yeriyəcəksən,

hərdən yıxılacaqsan,

qalxmağa gücün qalmayanda

bir küncdə oturacaqsan...

Bir neçə saat keçəndən sonra

yavaş-yavaş evə tərəf addımlayacaqsan...

Ara küçələrin birində bir davaya qarışacaqsan

içkinin verdiyi təsirlə...

və bəlkə də bu sonun olacaq...


Davamı →

Ölüm hormonu

Ölümün yaxınlaşmasına cavabdeh olan hormon tapılıb. Ola bilər ki, əsas öldürücü xəstəliklərdən olan — şəkərli diabet, infarkt, insult, süd vəzi xərçəngi müəyyən hormonun təsiri altında inkişaf edir. Bunu İsveçin Lunda Universitetinin həkimi Olle Melander və onun həmkarları deyir.Onlar 15 ildən artıq bir müddətdə araşdırmalar aparıblar. Bu çərçivədə onlar 5 minə yaxın insanın müxtəlif xəstəliklərin yaranması sistemini öyrəniblər.
Ardı →

Həyatın və ölümün mənası

Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.
Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.
Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqdadır”.
Ardı →