DOĞRULUN, DURULUN, HƏZƏRAT!

     Çörək… Nemətlərin ən şirini… Hər xalqın, hər millətin özünəməxsus zəngin mətbəxində əvəzsiz yer tutan süfrələrin tacı.
     Çörək… Yaradanın Adəmdən Xatəmə insan oğluna cəzası...

     Yox, mən nə Amerika açmaq fikrindəyəm, nə də bu gözəl nemətdən ziyadə bəlağətli cümlələrlə danışmaq. Buna ehtiyac da yoxdur.


       Bildiyim, gördüyüm odur ki, bir tikə çörək çox “ac”ı “qılınca” çapdırır. 
Ardı →

Çörəksiz həyatın dadı yoxdur

Söz mövzusu pəhriz olunca ağla ilk olaraq çörək yeməyi kəsmək gəlir. Halbuki çörəyin qan şəkərini nizamlamaq və sinir sistemi üçün çox lazımlı olan vitaminlərin alışında iştirak etmək kimi çox əhəmiyyətli 2 faydası vardır!

Pəhriz saxlayarkən, ya da gündəlik bəslənmədə kalori məhdudlaşdırmaq məqsədiylə, istər qadınlar, istərsə də kişilər əvvəl çörək yeməyi kəsir. Ancaq çörəyin bədənə 2 böyük faydası var: Birincisi qan şəkərini nizamlayır, ikincisi isə sinir sistemi üçün çox lazımlı olan vitaminlərin qəbulunda iştirak edir.

Mütəxəssislər gündəlik bəslənməsindən çörəyi çıxarmaq istəyənlərə daha ətraflı düşünmələrini təklif edərək, onları çörək haqqında maraqlanılan sualları cavablandırıblar:
Ardı →

Çörəkçilik sənəti və çörəyə hörmət

Qədim vaxtlarda çörəyi hər ailə özü üçün bişirərdi. Lakin müəyyən dövr keçəndən sonra ictimai çörəkbişirmə meydana çıxır.
Şumerdə un «üyütmə evləri» yaranır, sonra çörəkbişirmə əməliyyatı da xüsusi «müəssisələr»də ixtisaslaşır. 4500 il bundan əvvəl Şumerin Ur şəhərinin məbəd təsərrüfatında kütləvi çörəkbişirmə tərəqqi tapır. Şumerin Laqaş şəhərində çörəkbişirmə müəssisəsinin fəaliyyəti haqqında tapılmış bir sənəddə deyilir ki, iki ay ərzində çörək bişirmək üçün 1000 «qur»dan (200 ton) çox müxtəlif un növləri sərf edilmişdir.
İxtisaslaşdırılmış çörəkbişirmə müəssisələri və peşəkar şatırlıq sənəti bizim eradan əvvəl V əsrdə Yunanıstanda meydana gəlib. Yunanıstanda sənətkar çörəkçiyə o qədər hörmət olub ki, onun yüksək dövlət vəzifəsinə qədər qalxmasına hüquq verilib.
Davamı →

zibilliklər və çörək qorunur

Zibillikləri və çörəyi qoruyaq:



Bəzən elə hadisələr, elə obyektlər, elə söhbətlər, bir sözlə elə düşüklüklər görürsən ki,bunları yazmasan ürəyin partlayar, tez qocalarsan. Aşağıda sizə təqdim edəcəyim şəkil bir çox düşüklükləri açıq-aşkar göstərir. Aşağıdakı şəkildə milli elementlərlə yanaşı müasir qərb mədəniyyətinin də simvolu əks olunub. Adətən zibilliklərə (gözə görünməyən, gözdəniraq yerlərin çoxu), hasarların ətrafına və s. kimi yerlərə “bura zibil atanın...(dudddd), ay hansısa heyvan və digər dəhşətli ifadələr həkk olunur. Aşağıdakı şəkil müasir məhlələrdən birində çəkilib.


Ardı →