Çətir dəbi

İndi istifadə etdiyimiz çətirlər müasir formasına düşənə qədər uzun yol qət edib. Təxminən 3500 il bundan əvvəl ilk çətirlər Qədim Misirdə istifadə olunmağa başlayıb. Bu çətirlər Misirin havasına uyğun olaraq, əsasən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Daha sonra e.ə. 11-ci əsrdə Çində ipək və suya davamlı çətirlər istehsal olunmağa başladı ki, bunları da ancaq kübar insanlar istifadə edə bilərdi.

Qədim Yunanıstan və Romada istehsal olunan çətirlər isə öz kübar görünüşü ilə qadınların əvəzolunmaz aksessuarına çevrilmişdi. Elə o dövrdən qadınlar bu əşyanı davamlı istifadə etməyə başladı. Artıq zaman keçdi və Avropada Renesans dövründə, əsasən, Fransa, İtaliya, İngiltərədə kübar, varlı ailələr arasında geniş istifadə edilməyə başladı. Bu dövrdə hələ də çətirlər çətin açılıb-bağlanırdı.

Baxmayaraq ki, ipəkdən və bahalı materiallardan hazırlanırdı. «Böyük kəşflər» dövründə bu lazımlı əşya Cənubi Amerikaya da gedib çıxmışdı. Amma burada qadınlar 18-ci əsrin ortalarında yavaş-yavaş çətirdən istifadə etməyə başladılar.
Davamı →

Cətir haqqında

Çətir  insanları yağışdan və günəş şüalarından qoruyan əşyadır.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə «umbrella» sözü latıncada kölgə mənasını verən «umbra» kəlməsindən yaranmışdır.
E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.
Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərznində çətir götürmüşdür. Bununla da o çətiri məşhurlaşdırmış, kişilər arasında istifadəsini yaymışdır.


Ardı →