İran

İran İslam Respublikası Ön Asiyanın ən böyük dövlətlərindən biridir. Onun ərazisi 1 milyon 648 min km2-dir. Əhalinin sayı təxminən 70 milyondur. Ölkənin 3-də bir hissəsi səhra və yarımsəhra xarakterili relyef quruluşundan ibarətdir. İran- Arilər ölkəsi mənasını verən ən qədim ariana sözündən əmələ gəlmişdir. III-VII əsrlərdə sasanilər dövlətinin əsas hissəsi belə adlanırdı. İranlılar isə öz ölkələrini istər qədim, istərsə də orta əsrlər dövründə İran adlandırırdılar. Avropa və Amerikada onu Pars əyalətinin adı ilə Persiya tanıyırlar. 1935-ci ildə İran bütün dünya dövlətlərinə rəsmi olaraq bir müraciətlə xahiş etdi ki, onu bundan sonra İran adı ilə tanısınlar. İran da çoxmillətli dövlətlər sırasına daxildir. İran ərazisində ilk dövlət birləşməsi olan Elam e.ə. III minilliyin əvvəllərində təşəkkül tapmışdır.


Ardı →

İranın çöküşü

Təxminən 10 il əvvəl bir aclıq aksiyasında iştirak edirdim. Orda bir cənublu da vardı. Boşluqdan biz daima mübahisə edirdik. Bir dəfə vəziyyət lap ağırlaşdı. İslam rejiminin sərt üzünü görmüş adama başa salmaq istəyirdim ki, İranda islam yoxdur. Əksinə, İran rejimi islamı gözdən salır. O bədbəxt də əsəbi halda mən cahilə başa salmaq istəyirdi ki, əsl islam elə İrandır, Pakistandır, Fələstindir, Yəməndir, Suriyadır, Misirdir...
Hamısında zülm, kədər, cəhalət, antisanitariya, insan haqlarının boğulması… İndi başa düşürəm ki, o adama necə zülm etmişəm. Nələr çəkirmiş mənim danışdıqlarımdan. Üzr istəyirəm, qardaş. Məni cahilliyimə bağışla. Mən o vaxtlar Elbəyi Həsənlidən də cahil idim. O Elbəyi ki, altı ildə bir dil öyrənə bilməyib. Avropanın ortasında oturub minarə davası eləyir. Aclıq keçirir. Günah Elbəyidə deyil, günah Elbəyini İsveçrəyə buraxandadır. Gedərdi Pakistana, Əfqanıstana, Suriyaya, İrana, Misirə, Yəmənə… Orda aclıq aksiyası keçirəydi, ona demokratiyanın nə olduğunu islam ölkələrində başa salardılar.
Davamı →