Dahilər və idman

Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi.
Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır.
Davamı →

Fridrix Nitsşe

«Müqəddəs olmaqdansa axmaq olmaq yaxşıdır»
Qarımış qızların əhatəsində



15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi.

Ardı →

Taleh Heydərov kimdir?

O, Azərbaycanın dünyada tanınan gənc simalarındandır

Bu dəfə isə dünyada tanınan daha bir gənc simadan – “Avropa-Azərbaycan Cəmiyyəti”nin (The European Azerbaiyan Society) Tale Heydərovdan yazmaq qərarına gəldik.

Tale Kəmaləddin oğlu Heydərov kifayət qədər gənc olmasına baxmayaraq, müasir dünyagörüşlü şəxsiyyət kimi dünyada tanınır.
Ardı →

Bəxtiyar Vahabzadə - 2

Görkəmli şəxsiyyətlərin Bəxtiyar Vahabzadə haqqında olan yüksək fikirləri


...Bəxtiyar Vahabzadə… fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”. Mehdi Hüseyn.

“Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir”. Rəsul Rza.

Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan. Mirzə İbrahimov.
Ardı →

Bəxtiyar Vahabzadə - 1

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, «Səməd Vurğunun lirikası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə «Ana və şəkil» adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. «Mənim dostlarım» adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", «Vicdan», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad» və «Hara gedir bu dünya», "Özümüzü kəsən qılınc", «Cəzasız günah», «Dar ağacı», «Rəqabət» (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Ardı →

Şıxəli Qurbanov kimdir?

Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.Atası Qurban Qurbanov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər fəhlə,sonra isə rəhbər vəzifələrdə çalışmışdır.O, 1920-ci ildə Sovet İKP-nın sıralarına daxil olmuşdur.1955-ci ildə vəfat etmişdir. Şıxəli Qurbanov 1941-ci ildə yazdığı tərcümeyi-halında atasının mərd, mübariz insan olduğunu və özünün də atasından tərbiyə alaraq hələ balaca ikən bacarıqlı və inadlkar olduğunu göstərmişdir.Anası Qurbanova Zəhra həm inqilabdan əvvəl,həm də sonra evdar qadın olmuşdur.


Ardı →