Komediya

Komediya (yunanca: camaatı güldürən söyləmə) qədim Yunanıstanda faciəyə paralel yaranmışdır: faciə ayinindən sonra Böyük Dionisi bayramında komediyalar icra edilirdi. Ağlama ilə müşayiət olunan faciədən fərqli olaraq komediya yunan mifologiyasından alınan gülməli süjetlər üzərində qurulurdu. Nəzərə almaq lazımdır ki, yunan komediyasının kökləri fallas mərasimlərində icra edilən və məhsuldarlıq bayramları ilə bağlı olan ayinlərdən gəlirdi. Ona görə ən qədim vaxtlardan bu mərasimlərdəki kobud zarafat və erotika elementlər bu janrda uzun zaman mühüm yer tutmuşdur. Hələ Yunanıstanda komediya daha çox aşağı təbəqələrin iştirak etdiyi və onların başına gələn əhvalatlar kimi qəbul edilirdi. Ona görə ədəbiyyatın tarixində sonrakı əsrlərdə də komediya ən demokratik janrlardan biri olmuşdur. Bu səbəbdən bir sıra ölkələrdə xüsusilə orta əsrlərdə komediya xalq meydan mərasimlərinin bir şəkli kimi yaşayıb davam etmişdir.


Davamı →

Heca vəzni və onun əsas lirik şəkilləri

Poeziyanın əsas əlaməti olan sətirlərin ritmikliyi hər dildə spesifik şəkildə özünü göstərir. Belə spesifiklik isə ən çox müvafiq dilin fonetik quruluşu və bu quruluşdan doğan tələffüz qanunları üzərində qurulur. Eyni sait və samitlər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz olunur, bu da dillər arasında mühüm fonetik fərqləri yaradır. Poetik ritmiklik yaranarkən hər dilin sait və samitləri, onların tələffüz xüsusiyyətləri əsas rol oynayır və müvafiq vəznlərin, ritmika üsullarının sabitləşməsi ilə bitir.


Davamı →

Qafiyə

Formaca qafiyənin ən qədim şəkli qulaq qafiyəsidir. Əngəl-çəngəl, saman-aman sözləri qafiyə kimi işlədilirsə, bunlar tam qafiyə olmadığı üçün qulağa qafiyə kimi gələn nöqsanlı nümunələr sayılır və belə adlandırılır. Bədihə söylənəndə, el aşıqları deyişəndə belə qafiyələrdən istifadə edilirdi. El aşıqları qulaq qafiyəsinə sınıq qafiyə də deyirlər. Lakin müasir poeziyada sınıq qafiyələrdən istifadə normal bir hala çevrilmişdir. Qafiyəsiz şeirin təsiri ilə müasir şairlərin çoxunda qafiyəyə şərti bir münasibət yaranmışdır.
Davamı →

Süjet və kompozisiya

Yazıçı qələmə almaq istədiyi fabulanı əsərə çevirərkən fantaziyasında yaratdığı müxtəlif obraz formalarını, konflikt və vəziyyətləri sıralandırmaqda sərbəstdir. Müəllif qələmə almaq istədiyi hadisələri istədikdə əvvəldən sona, istədikdə isə sondan əvvələ doğru nəql edə bilir. Bu yazıçının müəllif niyyətindən, həyat biliyindən, fantaziyasından, hansı epizodlara daha artıq əhəmiyyət verməsindən asılıdır. Epizod hadisəni təşkil edən ayrı-ayrı hərəkətlər və hissələrdir.


Davamı →

Ədəbi söz

Sözün obrazlıq xassəsi və ədəbi növlər

Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.


Davamı →