Bir gülün əfsanəsi!

Qadın tək gözəl, füsunkar, incə olan güllər...


Sevgi, gözəllik, incəlik rəmzi olan qızılgül – heç vaxt modaya tabe olmayan, hər zaman öz birinciliyini saxlayan bu gözəl gül düz 5000 il bundan əvvəl Asiyada yetişdirilməyə başlayıb. Cır qızılgüllər də var ki, onlar daha qədimdən, təxminən düz 35 mil. il əvvəl yaranıb, yayılıblar. Qızılgülün vətəni deyilənə görə Persiyadır (qədim İran). Bundan əlavə arxeoloqlar Yaxın Şərqdə yaşı 4000 ilə yaxın olan qızılgül çiçəklərindən hörülmüş girlyand təsvirli freskalar (divar naxışları) aşkar etmişlər.



Ardı

Gülü atıram tutanındır))

Avropalaşma prosesi… Həyatımızda başqa günlük məsələlərdə olduğu kimi indiki toylarımızda da Avropadan çox şeylər götürürük. Məsələn, şərab içmə, gəlinin gül atması və s. Sözüm də elə məhz bu gül atma işindəndir.  Əslində özümüzdə  bənzər adətlər var. Yəni nəinki toy günü ilə əlaqədar, məsələn elə Novruz bayramını götürək. Bu bayramda bilirik ki, fala baxma mərasimləri keçirilir ki, hansı ki, bu fallarla hansı qızın, nə vaxt ərə gedəcəyi və ya yuxusunda gələcəyini paylaşacağı şəxsin kim olacağı, ya da onun adının baş hərfi və s. müəyyən olunur.Şəxsən çox da belə şeylərə inanmasam da, bunlar adama maraqlı gəldiyi üçün insan özünü belə falların, adətlərin içində tapa bilir..



Nə isə mövzudan yayınmayım..


Əfsanəyə görə, gözəl bir gəlin var imiş.



Ardı