Şeron Stounun aforizmə çevrilən fikirləri

Qadınlar və gözəllik haqqında
Gözəl qadın odur ki, rəqabət, intriqa və xəyanətləri qəbul etmir.

Plastik cərrahiyyə mənlik deyil, amma cərrah xidmətinə müraciət edən qadınları qınamıram. Əgər bu, sizi xoşbəxt edirsə, niyə də yox? Kaliforniyada dodaqlarını böyütmüş, burnunu kəsdirmiş, yanaqlarına dolğu vurdurmuş, dişlərini ağartmış və saçlarını boyamış yüz minlərlə sarışın qadın yaşayır.

Hətta ən bahalı makiyaj və ən bahalı saç düzümü də qadınları gözəl edə bilməz. Ən parlaq və ən maraqlı qadın odur ki, enişli-yoxuşlu həyat yolu olsun.

Yeva Qardner dünyanın ən gözəl qadını idi. Niyə? O, üzündə heç bir dəyişiklik etməmişdi. O, qadına bənzəyirdi və heç bir zaman gənc qıza bənzəməyə çalışmırdı.
Davamı →

Kianu Rivzin həyat qaydaları

  • Kino
Mən həyat yoldaşlarının yüngül əxlaqlı qadınlar kimi geyinməsinə razı olan kişilərin yaşadığı dünyanın bir hissəsi olmaq istəmirəm. Qadının gizli tərəfləri də qalmalıdır.

Şərəf və ləyaqət anlayışının olmadığı bir dövrdə insanların yalnız «söz verirəm» fikrinə istinad etmək olar.

Bu dünyada qadınlar ana olmaq, kişilər isə ailə qurmaq istəmir.

Burada uşaqlar atasının maşınlarının sükanı arxasında özlərini uğurlu insan hesab edir, var-dövlət qazanmaq istəyən digər qrup isə sizə heç kim olduğunuzu sübut etməyə çalışır.

Burada öz dini barədə heç bir anlayışı olmayan insanlar əlinə bir qədəh spirtli içki alıb, riyakarcasına Tanrıya inandıqlarını bildirir.
Davamı →

Charlize Theron

Charlize TheronHollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir.

6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtalyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda «Joffrey» adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas olma xəyallarının üstündən xətt çəkir.
Ardı →

Cate Blanchett (Keyt Blanşet)

"İnsan vurulduğu anı heç vaxt unutmur"
Cate Blanchett (Keyt Blanşet) 1969-cu ildə Avstraliya-nın Melburn şəhərində dünyaya göz açıb. Onun ıo yaşı tamam olanda ailəyə ağır itki üz verir.Robert Blanchett ürək tutmasmdan dünyasını dəyişir və June uşaqlarmı təkbaşma böyütmək məcburiyyətində qalır. Ana övladları- nm bütün ehtiyaclarmı təmin etmək və onlara yaxşı təhsil vermək üçün əlindən gələni əsirgəmir. Cate orta təhsiliniMelburndakı metodist ("İnciV'i təbliğ edən ingi- lu-amerikan dini tdriqətinin tərəfdarları) qız kollecində alıb. Elə onun səhnəyə ilk çıxışı da burada baş tu- tub.Cate məktəbin dram dərnəyinin səhnələşdirdiyi bir neçə tamaşada rol alır. Sonradan təhsiliniMelburn uni- versitetinin iqtisadiyyat fakültəsində davam etdirənCate çox keçmir ki, qətiyyən bu sahənin adamı olmadı- ğmı anlayır və oxumağm daşmı atıb, İngiltərəyə səyahətə çıxır.  

Ardı →