Almanın bilinməyən faydaları

Hər gün yeyilən almanın bədənimizə nə qədər böyük təsirləri olduğunu bilirsinizmi? Müxtəlif liflər sayəsində uzun müddət tox tutan və pəhriz zamanı yeyilən almanın faydalarını sizə təqdim edirik. 

Bir almanın verdiyi enerji 100 qramda yalnız 54 kaloridir. Bu enerji yağdan deyil, meyvə şəkəri kimi həzm edilən şəkərdən yarandığı üçün insanı kökəltməz. Alma yemək ürək və damar xəstəliklərinin yaranmasını önləyər. Xərçəng


Davamı →

Üzüm çəyirdəyinin faydaları

Həqiqi bir şəfa qaynağı olan üzüm çəyirdəyi qan damarlarını qoruyur, onlarla xəstəliyi təbii müalicə edir. Üzüm eramızdan əvvəl 5000 illərində kəşf edilən və günümüzə qədər bir çox faydasından istifadə olunan bir meyvədir. Qabığından toxumuna qədər hər zərrəsi insan sağlamlığı üçün çox faydalıdır. Fransada üzüm çəyirdəyi İstifadəsi: Üzüm dənəsinin faydaları 1947-cü ildə Fransada kəşf edilmiş hətta Avropada bir çox ölkədə dərman olaraq satılmağa başlamışdır. Fransa damarların tıxanmasına əhəmiyyətli təsiri olan doymuş yağ nisbəti yüksək olan qidaların ən çox istehlak edildiyi ölkələrdən biridir. Buna baxmayaraq ürək və damar xəstəliklərinin ən az görüldüyü ölkələrdəndir. Bunun səbəbi isə edilən araşdırmalara görə üzüm və üzüm dənəsini ən çox istehlak edən ölkə

Davamı →

Xurmanın faydaları və zərərləri

Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? Bəs hansı halda bu meyvədən imtina etmək daha yaxşıdır.

Xurma bir çox faydalı maddələrə, xüsusən də A, B və C vitaminlərinə sahibdir. Bunlar payızda xüsusilə qiymətli olan vitaminlərdir, immunitet sistemini, sinir sistemini dəstəkləyir və bədənin müxtəlif infeksiyalardan qorunmasına kömək edir. Bu meyvədən həftədə azı iki-üç dəfə təzə halda yemək tövsiyə olunur.


Davamı →

Alçanın inanılmaz faydaları

Yayın əvəzolunmaz meyvəsi alçanı yəqinki sevməyən yoxdur. Alçanı istər təzə formada istər mürəbbəsini, xörəklərdə, şirniyyatlarda istifadə edirik. Amma bəs alçanın nələrə faydalı olduğundan xəbərimiz varmı ?
Bu məqaləmizdə sizə alçanın saysız-hesabsız faydalarından bəhs edəcəyik. 

Alça qəbizliyin dərmanıdır

Sağlam bir həzm sisteminin əlaməti gündə


Davamı →

Pomelo

  • Flora
Pomelo həmişəyaşıl sitrus ağacının meyvəsidir. Onun meyvəsi qalın qabığa malik olur, pomelonun iri dilimləri açıq sarı rəngdə olub, tünd dada malikdir. Pomelonun qabığı sarı rəngdə, günəş şüalarının daha çox dəydiyi nahiyələri isə açıq-çəhrayı rəngdə olur. Meyvənin dadı və tərkibi qreypfurta daha çox oxşayır. Bu meyvə iriliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Onun meyvəsinin çəkisi 10 kq-a qədər böyüyə bilir.

Pomelonun vətəni Malaziya, Asiya ölkələri, Fici adaları və Tonqo sayılır.Bu sitrus meyvəsinin diametri 30 sm-ə qədər ola bilir. Çinlilər yeni il ərəfəsində bir-birilərinə bu meyvədən hədiyyə edirlər. Taylandda bu meyvə Allahın insanlara bəxş etdiyi ən yaxşı nemət sayılır. İndi pomelo Çində, Vyetnamda, Tayvanda, Taylandda, İndoneziyada, Hindistanda və Taitidə yetişdiriir. Pomelonun yığılması üçün ən yaxşı vaxt fevral ayı hesab edilir. Onu ən çox bu ayda almaq məsləhət görülür.
Davamı →

Hər gün alma yemək üçün 12 səbəb

Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq. Almanın orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər.

Almanın sağlamlıq üçün faydaları:
1. Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün hər gün bir neçə alma yemək lazımdır.

2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.

3. Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları «oyadacaq» və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.

4. Almada olan sellüloz orqanizmi toksinlər, şlaklar və digər ziyanlı maddələrdən təmizləyir.

Davamı →

Ananas qabığının faydaları

Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var.

Ananas qabığı arıqlamağa kömək edir
Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin maddəsi var. Bu səbəblə həzmə kömək edir və arıqlamağa kömək edən maddələr arasında yer alır. Ananas qabığı sellülitləri təsirli formada yox edir. Mükəmməl bir sidikqovucu olduğu üçün bədəndəki artıq mayeni ataraq, arıqlamağa kömək edir. Şişkinliyi aradan qaldırır. Arıqlamaq üçün mütləq ananas qabığı çayı içməlisiniz.
Davamı →

Əncir yemək üçün 25 səbəb

  • Flora
1. Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır.

2. Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanma qabiliyyətini azaldır və tromb əmələgəlməsini dayadırır.

3. Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir.
Davamı →

Qara gavalının faydaları

  • Flora
Türkiyəli dietoloq Fevzi Özgönül qara gavalının susuzluğu yatıran faydalı meyvə olduğunu bildirib. Sağlam qidalanma üzrə mütəxəssis qara gavalıdan hazırlanan az şəkərli kompotun əsl vitamin anbarı olduğunu deyib:

«Yay aylarında su içmək sağlamlığınız üçün çox vacibdir. Lakin su içə və ya bir başqa alternativ axtarırsınızsa, sizə kompot təklif edirəm. Bir çox meyvədən kompot hazırlanır, ancaq ən faydalısı qara gavalıdır.

Bu meyvə xərçəng şişlərinjin yaranmasına mane olur, həmçinin qocalma prosesini ləngidir. Qara gavalı orqanizmə daxil olan və bədənin ifraz etdiyi sərbəst radikallar adlanan zərərli maddələri ən yaxşı təmizləyən meyvədir».
Davamı →