Özünə güvənmənin formalaşması

Bir çox insanların günlük başına gələn hadisələrə görə özləri haqqında hissləri və düşüncələri dəyişə bilir.
İmtahandan aldığınız nəticənin dərəcəsi, dostlarınızın sizə qarşı rəftarı, həyatınızdakı eniş və çıxışlar sizin həyatınıza keçici bir təsir göstərir.
Özünə inamı olan insanlar cəmiyyətdə qarşılarına çıxan hadisələrdə ön plana çıxırlar və çəkinmədən məsuliyyət ala bilirlər.
Özgüvəni olmayan insanlar isə çəkingəndir və heç bir işdə bacarıqlı ola biləcəklərinə inanmazlar. Belə düşünən insan nəticədə heç bir şeyi bacara bilməz. Buna görə də özgüvən insan üçün çox mühüm bir xüsusiyyətdir.
Davamı →

Güvən verməyin 19 yolu

1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.”

2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qəşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz. Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz.
Davamı →

Valideynlərin uşaqlarda itirdikləri güvən problemi

Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Əgər uşaq valideylərindən güvən hissini doya-doya ala bilirsə, öz kollektivindən güvən hissini ala bilirsə, şiddətə məruz qalmırsa, “dərsini niyə etməmisən? sənin kimi tənbəl uşaq heç görmədim”, “sənin kimi uşaqdansa heç uşağım olmayaydı kaş” valideynlər bu tipli uşağın duyğusuna xitab edilən cümlələr işlətmədikcə, şiddət görmədən, uşaq olduğu halı ilə evin içərsində qəbul edilirsə, o evin içərsində uşaq xoşbəxtdirsə, anasından əmindirsə o uşaqda güvən problemi olmaz.

Uşaq nəyə görə anasından əmin olmalıdır? Anasının onu döyməyəcəyindən, onu söyməyəcəyindən, onu təhqir etməyəcəyindən əmin olmalıdır.
Davamı →

33 millisaniyədə verilən qərar

Yeni bir araşdırmya görə insan, yad bir insanın etibarlı olub olmadığına 33 millisaniyədə qərar verir.

ABŞ-dakı Nyu-York universitetinin psixoloqları yeni bir araşdırmayla, yad bir insana güvənib, güənməməyimizə qərar verməyimizin 33 milli saniyə çəkdiyini ortaya çıxarıb.

Bir millisaniyə, saniyənin mində biridir. Araşdırmaya görə insanlar, qaşları yüksək və almacıq sümükləri nəzərə çarpan insanlara, üzləri, qaşları düşük, almacıq sümükləri batıq olanlara nisbətdə daha çox güvənirlər.

Araşdırma çərçivəsində bir qrup könüllüdən komputerdə 300 insan üzünə baxmaları və bu üzlərin nə qədər etibarlı olduğuna qərar vermələri istənib. Mütəxəssislər, bütün könüllülərin bir insana güvənib güvənməyəcəklərinə, bu üzü bilgili bir şəkildə aşkarlamadan öncə qərar verdiklərini deyiblər. Onlar bəzi üz cizgilərinə sahib insanların, bütün iştirakçılar tərəfindən daha etibarlı qəbul edildiyini bildiriblər.


Ardı →

Sevgi... Dostluq... Güvən

Bir zamanlar üç dost varmış. Sevgi, Dostluq və Güvən… Gün gəlmiş sevginin işi çıxmış… Amma dostlarından ayrılmadan əvvəl onlara söz vermiş.
«Mənimçün darıxdığınızda gəlin, uzaqlarda olmayacağam. Harada gözləri arzuyla dolu bir-birlərinə baxan bir cütlük görsəniz mən orda olacam» — demiş və onlardan ayrılmış...
Yaxşı demiş Dostluq Güvənə; «Madam elə mən də yoluma davam edim… Vəzifə çağırır… Amma narahat olma, harada birlikdə ağlayan iki insan görsən məni orada taparsan...»
Güvən ağızını açmış vidalaşmaq üçün amma Dostluq ayrılmış. Dostunun yanından, onun son sözünü dinləmədən uzaqlara getmiş...
Güvən səssizcə içindən keçirmiş əlində olmadan… «Məni itirsəniz, bir daha əsla tapa bilməzsiniz...»
Davamı →

4.1. İnanmaq və əzmlə çalışmaq

Ağıllı və oyanıq olun, sizi ümidsizliyə götürən
hadisələr səadətə də götürə bilər.

Delaunay


Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" — deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi. Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir güruh insanın tanıdığı İsgəndər ikən, milyonların İsgəndəri olmuşdu.
Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu?


Ardı →