5. İş yerində baş vermiş narahatçılığın əlli faizindən necə azad olmalı
Əgər iş adamısınızsa tamamilə təbiidir ki, özünüzə deyəcəksiniz: «Bu başlığın adı mənasızdır. Mən öz işimlə artıq 19 ildir ki, məşğulam. Mənim özümdən başqa, kim bütün bu sualları dürüst cavablandıra bilər? İşdə yaranmış narahatçılıqdan 50% azad olmağım üçün nə edəcəyimi kiminsə mənə öyrədə biləcəyi fikri cəfəngiyatdır»
Belə təəccüblənmə tamamilə təbiidir. Bir neçə il bundan qabaq belə başlıq altında olan yazını oxusaydım, mən də elə bu cür düşünərdim. Bu çox şey vəd edir, təəssüf ki, təkcə vədlə iş bitmir.
Ardı
- -1
- 27 oktyabr 2010, 09:47
- 2ral
- şərh əlavə et
Menecer bunlara əməl etməlidir
İdarəetmənin mühüm elementlərindən biri kollektivdə qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir. Bu münasibətlər əsasında rəhbərlik qarşısında aşağıdakı davranış qaydaları durmalıdır:
1. Yaddan çıxarmayın ki, yalnız işdə siz müdir olmalısınız başqa hallarda isə həmsöhbət olmağa çalışın.
2. Tabeçiliyinizdə olanları dinləməyi öyrənin, onların y ideyalar və tövsiyələr söyləmək arzularını, istəklərini mükafatlandırın və onlara qarşı diqqətli olun.
3. Tabeçiliyinizdə olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özünüzdə onu gözləməlisiniz.
Ardı
Danışıqlarda təşəbbüsü necə ələ almalı
Bir sıra problemlər mövcuddur ki, insanlara danışıqlar zamanı arzuolunan nəticəni əldə etməyə mane olur:
• insanlar çox vaxt anlaşılmaz danışırlar.
• İnsanlar çox vaxt müsahiblərinin sözünə diqqət yetirmirlər.
• İnsanlar çox vaxt deyiləni olduğu kimi başa düşmürlər.
Bu ona görə baş verir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesi çox mürəkkəb olub bir çox detallardan asılıdır: bu, həm informasiya mübadiləsində iştirak edən insanlardır, həm də onun keçdiyi kanallardır.
İnformasiya mübadiləsinin mühüm addımı informasiya məsələsidir. Danışıqlar üzrə tərəfdaşınızın situasiyaya baxışları haqqında məlumat alarkən, siz onun mühüm və kritik hesab etdiyi problemlərin həlli üçün zəmin hazırlayırsınız.
Ardı
