Avtomobil tarixində ilklər

Dünyanın avtomobil tarixində ilklərə imza atan tanınmış şirkətlər və markalar yəqin ki, çoxları üçün maraq kəsb edir.

Dünyada ilk dəfə avtomobillər arasında kondisionerdən, avtomatik transmissiyadan, təhlükəsizlik yastığından, tavandakı “lyuk”dan, “offroader” modelindən, polad yükboşaldan kuzovdan, dizel və turbo mühərrikdən, mərkəzi qapanma, “Cruise Control” (sürət tənzimləyici), naviqasiya və ABS əyləc sistemindən və sairə istifadə olunan avtomobil markalarının adlarını və fotolarını oxuculara təqdim edir.
Davamı →

Tarixdə qadın İLKlər

Gender bərabərsizliyinin və ya bərabərliyinin ən çox dartışıldığı bir dövrdə yaşayırıq. Hər gün bu mövzuda yeni nəsə eşidirik. Hər gün alimlərlə din xadimlərinin arasındakı mübahisələrə şahid oluruq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını görürük. Əbədi olaraq bir-brinə yoldaş olan bu iki varlıq həm də əbədi rəqibdir. Amma həm elmi, həm dini yönümdən qadın və kişi anlayışı bir insan, şəxsiyyət olaraq bütövdür və bu bütövü təşkil edən hər iki fərd önəmlidir. O zaman nədən bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Zərif (bir az kobud deyildikdə zəif) və güclü (hegemon) cins. Bu ifadəni ilk dəfə kim işlədib, bilmirəm, amma qadınla kişini bir-birindən ayırmaq üçün ən çox istifadə edilən ifadədir. «Zərif» sözünün yerində çox zaman «zəif» sözünü də görürük. Tarix bizə göstərir ki, zamanın hər bir dönəmində qadın özünü və bacarığını göstərib. Bu matriarxal  dediyimiz zamanda da belə olub, patriarxal dövrdə də belədir.
Ardı →

İlklər

1453 Copernicus, planetlərin Dünyanın ətrafında deyil, Günəşin ətrafında döndüyünü ortaya atan kəşfini yayımladı.

1450 Johannes Gutenbergin nəşr maşınları kitab istehsalında yeni dövr açdı. Bunun nəticəsində yeni icadlar haqqındakı məlumatların yayılması sürətləndi.

1280 İlk eynək İtaliyada yaradıldı.

1592 Galileo, cisimləri 30 dəfə böyüdən bir teleskop yaratdı.

Ardı →