Psixolinqvistika elmi haqqında?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsiylə görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə — nitqin psixologiyası sahəsi vardır.


Davamı →

İnsanların ən çox qorxduğu 3 şey

Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: “Bir çox insanlar üç şeydən – güvənmək,həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də,bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.

1. İnsanlara etibar etməkdən qorxuruq.
Geridə qoyduğumuz həyat yolu dost xəyanəti,yalan,saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir,lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o,bir gün mütləq sağalır. Bunun olması üçün isə,insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin,lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.
Davamı →

İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
Ardı →

Hər birimiz axtarışdayıq

Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz, amalımız, hədəfimiz. Bəzilərimizin isə bəlkə də həyatının mənası yoxdu, ya ümidsizliyə qapılıb, ya da bədbin olduğu üçün heç nəyi yenidən başlamaq istəmir. Lakin hamını birləşdirən bir şey var — daim axtarışda olmaqdır. Hər kəs nəsə umur, nəsə gözləyir, nəsə istəyir. Kimi isə arzulayır, ümid edir.
Elə insan ki, daim onu dəstəkləsin, sevsin, inansın.
Elə insan ki, ona heç vaxt xəyanət etməsin
Elə insan ki, onu həmişə duysun, anlasın, başa düşsün.
Elə insan ki, onun qayğısına qalsın, xəstəlikdə də, sağlıqda da.
Ardı →