Əgər xəyanətlə qarşı-qarşıyasınızsa

Xəyanət — odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

  1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün

Davamı →

Xəyanətə uğradığınızı necə anlaya bilərsiniz və səbəbləri nələrdir?

  • Sevgi
Xəyanət əksər münasibətin sonlanmasında böyük rol oynayan bir hadisədir. Bəs xəyanət nədən baş verir? səbəbləri nədir ? 
Və bizə xəyanət edildiyini necə anlaya bilərik ? 

Kişilər cinsi, qadınlar romantik səbəblərdən ötəri aldadır.
Mütəxəssislərə görə kişilərin əksəriyyəti cinsi baxımdan fərqli təcrübələr həyata keçirtmək ehtiyacından və marağından, q\adınlar isə romantik səbəblərdən ötəri aldadırlar. Üstəlik bu davranış forması yeni bir problem deyil. Dünənin kişi-qadın münasibətlərinin ən əhəmiyyətli mövzusu olan aldatma, bu gün də cütlər arasında gündəm maddəsi olmağa davam edir.
Davamı →

Qısqanclıq nədir və nə dərəcədə olmalıdır?

Qısqanclıq nə dərəcədə normaldır?
Doğuşdandır, yoxsa sonradan inkişaf edir? Zorakılıqla, hətta qətllə nəticələnə bilən qısqanclığın qarşısını necəsə almaq olarmı? Qarşı cinslə münasibətdə “sıfır” qısqanclıq mümkündürmü?

Qısqanclıq cütlüklər arasında ən çox müzakirə olunan və mübahisə yaradan problemlərdən biridir. Sevdiyiniz insanın sizə olan qısqanclığı sizi narahat edirsə, öncəliklə standart normal qısqanclıq necə və nə dərəcədə olur onu anlamaq lazımdır. 
Davamı →

Sevgilinizlə barışmağın 9 yolu

İki insan arasındakı münasibət onların fərqləri ilə güclü olur. İstər dostluq olsun, istər sevgi, istərsə də evlilik – uğurlu münasibətin sirri varmı? Hər şeyi qaydasında saxlamaq üçün hansısa yollar mövcuddurmu?

Həyatınızda əsas yeri tutan münasibətləri sağlam tutmaq üçün sizə bir neçə praktik məsləhətlər təqdim edirik.

Özünüzə hörmətlə yanaşın
Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən. Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.
Davamı →

Münasibəti tükəndirən səhvlər

  • Sevgi
Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzi məsələlər var ki, haqlı olmağın bir əhəmiyyəti də yoxdur. Ancaq bir adamın hər zaman haqlı olmağa çalışması doğru deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil.

Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir. Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin.

Davamı →