Məktəbə yeni başlayan uşaqlar üçün valideynlərə tövsiyələr

Məktəbə yeni başlayan uşaqların valideynlərinə tövsiyələrimiz var:
1. Məktəbə həvəslə yola salın
Valideynlər uşaqlarının böyüməsi ilə bağlı qarışıq duyğular hiss edirlər. Bir tərəfdən sevinib, fəxr hissi keçirərlər, digər tərəfdən təəccüblənərlər. Uşaqların xoş və inamlı formada məktəbə yola salmalısınız. Beləliklə, özlərini daha inamlı hiss edəcəklər. Özlərinə əmin olacaqlar.
Davamı →

Məktəbdə davranış qaydaları

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Davamı →

Məktəbi uşağa bu cür sevdirin

… Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür...

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni “dünyaya qapı açır”.
Davamı →

Balaca Silvianın həyat hekayəsi

Tanzaniyanın ucqar kəndlərindən birində yaşayan səkkiz yaşındakı Silvia yaxşı bir təhsil almağa qərarlıdır. Ancaq onun bu arzusu hər bir dərs günü tək başına uzun və təhlükəli, bir saat yarımlıq bir yolu piyada getməsi  anlamına gəlir. Yoxsul ailəsinin Silviaya ayaqqabı, ya da məktəb forması almağa gücü çatmır. Amma Silvia yenə də şanslı uşaqlardandır.  Çünki, Afrikada məktəb yaşına çatmış yarısı qız 29 milyon uşaq hələ də  məktəbə gedə bilmir.

Silvia daha çox kiçik olarkən atası vəfat edincə  anası yenidən evlənmişdir. Hal-hazırda Silvia ailəsi ilə   Darüssəlam şəhərindən  təxminən 300 kilometr uzaqda, əkin ərazilərinin ortasında, ən yaxın yola yarım saat məsafədə bir evdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 1999-2008 illər arasında Afrikadakı qız uşaqlarının məktəbə getmə faizi  54-dən 74-ə yüksəlmişdir.  Ancaq hələ də  16 milyon qız uşağı məktəb təhsili ala bilmir. Yeri gəlmişkən Tanzaniyada pulsuz təhsil sisteminə 2001-ci ildə keçilib

Ögey atası Silvianın orta məktəbə getməsini maddi bir yük olaraq görür, amma Silvia bunun həm özünə, həm ailəsinə faydalı olacağını düşünür. «Müəllimlərimiz qarşı hiss etdiyim hörmət üzündən mən də müəllim olmaq istəyirəm. Bu yolla məni gözləyən həyatdan daha yaxşı bir həyata sahib ola bilərəm» deyə Silvia vurğulayır.


Ardı →

Beş aldın, yoxsa dörd?

   Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl… Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər!
Ardı →

Rvarud Kəndin Mədəniyyəti

Lerik rayonun inzibati mərkəzlərdən biri Rvarud kəndidir.Kəndlə rayon arasında məsafə təxminən 17 km-dir. Lerik rayonu özu bir neçə mahala bölunur ki, onlardan biri  də Pirandır.(Müəllif:A.Bəhmənov) Piran talış dilindədir, sözun etimoloji mənası  2 hissədən ibarətdir: pir və an. Mənası «türbələr» deməkdir. Pir-talışcadır azərbaycanca türbə an-talış dilində cəm şəkilçisidir azərbaycanca tərcümədə türbələr kimi tərcümə olunur.Mahalın Piran adlanmasının səbəbi burada olan olan çoxlu müqəddəs pirlərin olması ilə əlaqədərdir.

Lerikin Piran mahalın ən gözəl abad kəndlərindən biri də Rvarud (talışca-Rvaru) kəndidir.Rvarud sözunun etimoloji mənası ilə mənbələrdə çoxlu versiyalar vardır.Onlardan ağılabatan bir neçə versiyanı qeyd etməyimizi məqsədəuyğun hesab edirik.
Ardı →

Məktəblilərin sağlamlığı və məktəbdaxili mühit faktorları

uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemləridən biridir. Bunun mahiyyəti daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədardır. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası elmi tədqiqat institutunun və elmi ədəbiyyatların analizi göstərir ki, müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığında bu və ya digər kənara çıxmalar vardır: 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər (2). Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar ediril ki, məktəbi bitirəndə isə xəstələrin sayı 2 dəfə artır. Bu, təhsil müəssisələrində məktəblilərin qarşılaşdığı şəraiti sağlamlığa mənfi təsir göstərən əsas amillərdən biri hesab etməyə əsas verir.


Ardı →

Sorulmayan suala cavab.

dünya suallarla doludurBugün 07:30 yuxudan gücnən durdum. Hər dəfə səhər erkən duranda başım ağrayır.
Bir təhər ayaq yoluna sürünüb, sidiy kisəmin boşalmasına maraqla izləyirəm. Elə bil ayaqüstə yatıram.
Zəhləm gedir məktəbdən.
Qapıdan təzəcə çıxmışdımki, anam arxamca nəsə qışqırdı. Yadıma düşdüki çantam yadımnan çıxıb.
Məktəbə gedən yolda axsıya-axsıya bugünümü necə keçirəcəyimi fikirləşirdim. Bugün 6 dərsim var idi. Razılaşın, əgər bir məşğuliyyət fikirləşməsəm dəli olaram bekarçılığdan.
Deməli, dərs vaxtı müəllimin hər bir sözünü lağ edəcəm. Gülməyə bəhanə axtaracam. Təsadüfən yerə düşən qələmə belə güləcəm.
Zəngdə isə rus bölməsi siniflərin qabağında duracam. Məlum məsələdi, rus bölməsinin qızları azərbaycan bölməsi qızlarına nisbətən daha gözəl və dünyagörüşü daha zəngin olur.
Ardı →