Güclü sağlamlıq iksiri

Bu güclü sağlamlıq iksiri hər evdə olan adi məhsullardan hazırlamaq olar.
Bu təbii vasitə immun sistemini gücləndirir, damarları təmizləyir, təzyiqi tənzimləyir, orqanizmdə iltihabları azaldır, orqanizmin tonusunu qaldırır, gümrahlıq verir.
Bu resept tanınmış rusiyalı fitoterapevt, akademik Karp Treskunovun kitabından götürülüb.

Davamı →

Yoxsulluğun uşaq sağlamlığına təsirləri

Dünyada baş verən proseslərə qarşı yoxsulluq dövrümüzün ən mühüm problemi olmaqda davam edir. Yoxsulluq xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara təsir göstərməklə yanaşı inkişaf etmiş ölkələrdə də qarşılaşılan ictimai problemlərdən biridir. Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 40 % -i gündə bir dolların altında gəlirə malikdir. Səhiyyə və yoxsulluq arasında, başqa sözlə, fərdin və ailələrin sosial-iqtisadi mövqeləri ilə sağlamlıq vəziyyətləri arasında yaxın bir əlaqə var. Fizika, sosial və bioloji amillərin insan sağlamlığı üzərindəki təsirlərini bir-birindən ayırmaq imkansızdır. Bu vəziyyətdən əziyyət çəkən ən həssas qrup isə uşaqlar olur.
Davamı →

Varikoz damarları və üzgüçülük

Varikoz genişlənmiş damarları demək olar ki, bütün hallarda müalicə olunur. Həkim-fleboloqlar, varikoz genişlənmiş damarlarından əziyyət çəkən insanlar üçün bəzi idman növləri tövsiyə edirlər. Pasientə uyğun olan idman növünü fleboloq tərəfindən məsləhətləşmədən sonra müəyyən edə bilər.

Lakin üzgüçülük idman növünün bu xəstəliyə qarşı mübarizə aparmaq üçün ən əhəmiyyətli bir üsul olduğunu söyləmək olar.
Davamı →

Sufilərin düzgün nəfəs alma texnikası

Uşaq ana bətnindən dünyaya gəldiyində ilk nəfəs alması zamanı «hay” sözünə bənzər səs gəlir. Son nəfəsi verərkən isə „huy”a bənzər səs çıxır. Sufilərə görə insan “hay”la gəlib, dünyadan köçəndə son nəfəsini verərkən „huy” deyir. 

Məlumdur ki, insanın bütün həyatı nəfəsalma üzərində dayanıb. Dərindən, doğru nəfəs almaq üçün sufilərin məsləhətləri var. Onlar içdən “hay” deyərək havanı ciyərlərə alıb saxlamaq və „huy” deyərək havanı vermək nəfəs texnikasını məsləhət görür. Bu üsul insanı bir çox xəstəliklərdən qoruyur, zehnini açır, enerji verir. Özünə doğru nəfəs alma texnikasını aşılayan insan sağlam hüceyrələrinin sayını artırmış olur.

Sufilər bu texnikanı ritual və meditasiyalarda tətbiq etsələr də, biz gündəlik həyatımızda 10 dəfə dərindən hay-huy deməklə bu texnikanı sınaya bilərik.
Davamı →

Bədənin ideal iş qrafiki

Qədim çinlilər orqanlar arasındakı həyat enerjisinin hərəkətinə əsaslanaraq ideal gün rejimini hesablayıb. Çinli alimlər belə həyat ritminin bədəni xəstəliklərdən qoruduğunu və orqanların yaşlanmasının qarşısını aldığını iddia edir.

Saat 06:00
Bu saatda istəməsək də, bədən oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.

Saat 07:00
Bu saatda ürəyin fəaliyyəti güclənir. Seks hormonları ifraz olunur. İdman etməyin, çünki bu, ürəyin daha da yüklənməsinə səbəb olacaq. Acqarına bir stəkan su için və səhər yeməyi yeyin.
Davamı →

Yaxşı bitki yağını necə seçməli?

Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır. Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir.

Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır. Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.

— Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

— Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.
Davamı →

Fitnesin 9 faydası

1. Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər.Yuxusuzluqdan əziyyət çəkirlər, bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik.

2. Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək -damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır.

3. İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür.
Davamı →

Duzlu göl sağlamlığa faydalıdırmı?

Bugün bəlkə bir çox insan fikirləşir ki, duzlu gölə getməyin faydası varmı? Son vaxtlar mətbuatda oranın gigiyenik şəraitsizliyi barədə çox yazılar var. Bəli, bunlar ətraflara aid ola bilər, amma oranın suyunda və palçığında heç bir mikrob ola bilməz, çünki duzlu gölün suyu və palçığı bakterisiddir, yəni mikrob və bakteriyaları öldürür.

Mən deyərdim, hər bir insan ildə bir dəfə 2 gündən bir olmaqla 15 prosedur qəbul etsə çox yaxşı olar.

Davamı →