Aldatma aldanarsan

Səbəbi nə olursa olsun aldatma, qəbul edilməsi çətin, hətta çox vaxt qeyri-mümkün bir vəziyyətdir. Aldadılan, eynilə bir yaxınının ölümü sonrasında hiss etdiklərini bənzər bir ruh halı içində, aldadan cəbhəsində vəziyyət çox daha fərqlidir. O rəftarından bəhanələr taparaq işə özünü aldatmakla başlayır. Sosial psixoloq Leon Festinger tərəfindən inkişaf etdirilən Koqnitiv-bihevioraluyğunsuzluqnəzəriyyəsinə əsasən bir-biriylə zidd düşən duyğu və düşüncələrimizin yaratdığı balanssızlıq,bizi narahat edər və


Davamı →

Qadın xəyanət edə bilərmi?

Biz hər zaman kişi 'xəyanət edər' deyərik. Halbuki, əksər qadınlar da xəyanət edə bilirlər. Hansı şərtlərdə? Nə vaxt? Necə?

 

Ümumiyyətlə, ruh boşluğu olduğu halda xəyanət edir (eynilə kişilərdə olduğu kimi). Ərindən sevgi, şəfqət, yaxınlıq; oxşama, öpmə, tərif görmədiyi zaman; ruhi, romantik ünsiyyət görmədikdə və ya ərini sevmirsə; ondan xoşlanmırsa, toxunmasından nifrət edirsə; əri onu anlamır, dinləmir, ruhuna xitab etmir və ya heç nə ilə razılaşa bilmirsə, qadın xəyanətə yönələr. Qadınlar yuxarıda saydığımız vəziyyətlərdə, insan olaraq boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər. Amma xəyanət mexanizmini, çox nadir olaraq ruhlarını təmin etmək üçün seçirlər. Çox vaxt mümkün olmayacaq insanlara aşiq olurlar. Ərlərində əskik olan şeyləri axtarırlar (entelektüalizm, yaraşıqlılıq, gülər yüzlülük, pul və s.).


Davamı →

Kimi aldadırsan?

İnsanı yaradan Tanrı kişini, daha sonra qadını xəlq etdi. Cənnət əhli olan Adəm və Həvva şeytana uyub, nəfsinə güc gələ bilməyən qadının ucbatından cəzalandırıldı. Yenidən əməli və ibadəti ilə cənnəti qazanmaq üçün bu fani dünya bizə verildi. Elə ilk şeytana aldanışdan sonra nəfs insana ən böyük düşmən kəsildi.

İnsanın səhv, haram əməlləri içində xəyanət ən çox yer tutur. Adətən insanlar bir çox pis əməlləri «kimsə bilməz» düşüncəsi ilə edirlər.

Çox qəribə də olsa insan Yaradanın onu hər yerdə gördüyünü dərk etmədən fani dünyada da günah etməkdən usanmır.

Xəyanət ilk olaraq şəxsin özünə qarşı ən böyük hörmətsizliyidir! Hansı formada olmasından aslı olmayaraq, istər dini, istər əqli şüurun zəifliyindən nişanədir, xain xoflu olar!

 

  1. Kimi aldadırsan? İlk xəyanəti eləməmisizsə, demək

Davamı →

Əgər xəyanətlə qarşı-qarşıyasınızsa

Xəyanət — odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

  1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün

Davamı →

Xəyanətə uğradığınızı necə anlaya bilərsiniz və səbəbləri nələrdir?

  • Sevgi
Xəyanət əksər münasibətin sonlanmasında böyük rol oynayan bir hadisədir. Bəs xəyanət nədən baş verir? səbəbləri nədir ? 
Və bizə xəyanət edildiyini necə anlaya bilərik ? 

Kişilər cinsi, qadınlar romantik səbəblərdən ötəri aldadır.
Mütəxəssislərə görə kişilərin əksəriyyəti cinsi baxımdan fərqli təcrübələr həyata keçirtmək ehtiyacından və marağından, q\adınlar isə romantik səbəblərdən ötəri aldadırlar. Üstəlik bu davranış forması yeni bir problem deyil. Dünənin kişi-qadın münasibətlərinin ən əhəmiyyətli mövzusu olan aldatma, bu gün də cütlər arasında gündəm maddəsi olmağa davam edir.
Davamı →

Hamı xəyanət edə bilər

Anton Çexovun «Bektaşi üzümü» hekayəsinin qəhrəmanı İvanoviç bütün həyatı boyu bir malikanə almaq və həmin malikanənin həyətində bektaşi üzümü yetişdirmək arzusu ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək üçün həba edir. Yemir-içmir, gəzmir, gecə-gündüz işləyir, yenə də arzusunda olduğu mülkü almağa pulu çatmır. Öz gücünə o pulu toplaya bilməyəcəyini başa düşən İvan pul üçün zəngin, eybəcər, dul bir qadınla evlənir. Varlı qadının pullarını da öz pulları kimi xəsisliklə xərcləyir. Zəngin həyatdan gələn bu qadın İvanoviçlə yaşadığı həyatın çətinliklərinə dözə bilməyib, qısa zamanda vəfat edir və nəhayət, İvanoviç bütün həyatını uğruna sərf etdiyi arzusuna çatır. Xəyalındakı mülkü alır və həmin mülkdə 20 ədəd bektaşi üzümü kolu əkdirir.

Davamı →

Xəyanətlə qarşılaşmısınızsa bunlari bilməlisiniz

Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin.

Davamı →

Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının səbəbi

1. Evləri hələ də ən yaxşı yerdir
Evin bütün məsuliyyəti sənin üstündədir, yemək hazırlayırsınız və uşaqlarla maraqlanırsınız. Kişi üçün evi əslində qayğı mərkəzidir. Evin rahatlığını buraxmaq olduqca çətindir. Kişi bu rahatlığı tapa bilməmə qorxusuna görə boşanmaq istəməz. Eşqin və ehtirasın yerini başqa qadınlar dolduraraq həyatına davam edər.

Davamı →

Niyə qadınlar evlilikdən 5 il sonra xəyanət haqda düşünür

Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı münasibətlərinin ilk beş ilində sevgi bəsləyirlər.
Bundan sonra onlarda narazılıq hiss yaranır və qadınlar tərəf müqabillərinin dəyişməsi barədə düşünürlər.
Alimlər bu nəticəyə 200 qadın arasında apardıqları sorğudan sonra gəliblər. Qadınlara sorğu zamanı ən sadə suallara cavab vermək təklif edilib.
Davamı →