Xoşbəxtlik...
Çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər» deyərək başlayırlar müzakirəyə...
Problem böyük imiş...
Xoşbəxtliyi gizlətmək asan deyilmiş çünki...
kimisi: «Everestin ən yuxarısında gizlədək» deyir, kimisi «Sakit okeanının dibinə» deyir.
Tac mahal, Məkkə küçələri, italyan süfrəsi...
Bir xəstəxananın yeni doğan otağı, bir dondurma qabı...
Siqaret paketi, gül bağçası, bağçalı evlər...
Bir çox yerlər düşünürlər, amma heç biri kifayət qədər çətin olmur.
deyərkən mələklərdən biri;
«Bəlkə öz içlərində gizlədək?» deyir...
«Heç kimin ağılına gəlməz ki, öz içinə baxmaq!!!»
Bax, o gün bu gündür, xoşbəxtlik insanın içində gizlənir...
Heç bir xoşbəxtlik asan tapılmır. Asan asan gülmür insanın üzü...
İnsanın içində gizlidir xoşbəxtlik...
- ?
- 08 may 2012, 22:33
- vilhelmina
- 1
Ən xoşbəxt insan kimdir ?
İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi:
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana.
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.
3. Qumdan evlər, qalalar düzəldən bir uşaq.
4. Yaxşı bir sənət əsəri yaratmış bir sənətkar.
Xoşbəxtlik hamımızın əli altında və çatıla bilər. Baxdığımız pəncərələr və niyyətlər çox əhəmiyyətlidi.
Bəs sizcə? Dünyada ən xoşbəxt insan kimdir?
İnsanı xoşbəxt edən 5 faktor
Kaliforniya Universitetinin psixologiya professoru Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən 5 faktorü ayırd ediblər.
Ardı
- ?
- 22 mart 2012, 19:38
- Ali_Aliyev
- şərh əlavə et
Yaşamaq gözəldir
Başlanğıc...
Dünyaya göz açmış körpənin yaşamaq üçün gəldiyini onun ağlamasından anlamaq olur. İnsan doğulanda artıq başa düşmədən yaşamağa meyillidir. İlk addım atdıqda onun üzündəki təbəssüm bunun əyani sübutudur.
Ardı
- ?
- 30 mart 2012, 21:30
- Ali_Aliyev
- şərh əlavə et
Xoşbəxtlik
Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:
— Ey xeyirxah insan, çıxar məni buradan.
— "Əvəzində nə verəcəksən?" — deyə insan soruşur.
— Nə istəyirsən?
— Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.
Ardı
Həyatı hiss edin,onu yaşayın!
Çünki kimsədən bir şey ummuram. Gözləntilər daim yaralayır.
Həyat qısadır. Elə isə həyatınızı sevin.
Xoşbəxt olun və gülümsəməyə davam edin. Yalnız özünüz üçün yaşayın və
Ardı
Həya ailənin bəzəyidir
Belə bir söz var: «Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir». Doğru sözə nə deyəsən… Əgər axşam yorğun-arğın evinin qapısından içəri ayaq basanda ürəyindən qara bir daş asılırsa, deməli, nə səhər işə tələsmisən, nə də indi evə. Eləcə ayaq sürümüsən, vəssalam…
Ardı
Həyatın 40 vacib qaydası
1. Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.
2. Maraqlı üç lətifə öyrən.
3. Sevinclərini heç vaxt təxirə salma.
4. Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.
5. Hər gün 30 dəqiqə piyada gəz.
6. Hər yeməkdən əvvəl şükr et.
Ardı
- ?
- 31 avqust 2011, 21:40
- Mysteryo
- şərh əlavə et
Xoşbəxt bir yaşam üçün...
- Dinləməyi öyrən
- Yaşlan amma paslanma
- Üzr istəməkdən çəkinmə
- Eyni xətanı ikinci dəfə eləmə
- Mükəmməli axtar,qüsursuzu deyil
- İnsandakı yaxşı bir şeyi ortaya çıxarmağı bil
Ardı
- ?
- 16 iyul 2011, 22:58
- ORIGINAL
- şərh əlavə et
İnsanı xoşbəxt edən 15 amil...
Əslində ən kiçik bir şey insanın üzündə təbəssüm yarada bilər.
Alimlər ən kiçiyindən bunları sıralamışdır.
1 –İnsanın güzgüdə özünə baxması
2 – Ağrıyan dişil çəkilməsi
3 – Böyük məbləğdə pul almaq
4 – İşdə nailiyyətlər
5 – Uşaqların dünyaya gəlməsi
6 – İsti yay havasında soyuq su
7 – Ac olduğun zaman ən sevimli yeməyini yemək
8 – Yaxın adamdan xoş söz eşitmək
9 – Elmi kəşf etmək
10 – Qonaqların getməsindən sonrakı sevinc
12 – İlk görüş
13 – Çox xoş masaj
14 – Yorğun gündən sonra isti yataq
15 – Qışın soyuğunda isti çay
16......
Bu sayı artırmaq olar. Bəs sizi nə sevindirir. Sizin həyata xoşbəxtlik nə qatır?
- ?
- 15 aprel 2011, 10:40
- ayxansevda
- 5
