Xoşbəxtlik öz əlinizdədir

Öz dəyərinizi bildiyiniz zaman həyatınızdakı möcüzəvi anlar artacaq. Zehni və fiziki cəhətdən özünüzü hazırlayıb həyatınızı möcüzəyə çevirə bilərsiniz. 

1. Bədəninizi rahatladacaq bir şeylər edin. İdman, masaj və.s 

2. Ruhunuzu oxşayan nələrsə edin: gözəl bir musiqi dinləyin, meditasiya və.s

3. Gözəl düşünün: “Bu gün özümü həm zehni, həm də fiziki cəhətdən sağlam hiss edirəm”

4. Yardıma ehtiyacı olan birinə kömək edin. 

5. Bu gün bir şey öyrənin: uzun müddətdir sevdiyiniz bir yeməyi hazırlayın.
Ardı →

Xoşbəxtsən!

Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarındolusu çörək yediyini də xatırlamırsan.

Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır ki, adamın ayaqları dizdən aşağı yoxdur. Daşın dibinə isə bir cüt qotazlı çarıq qoyulub. Əlini cibinə salır ki, ona bir şey versin, amma onun cibi nə zaman pul görmüşdü ki? Yolçu kəndin çıxışındakı bir bulaqdan su içib əl-üzünü yaxşıca yuyandan sonra yoluna davam edir. Daha onun ayaqları əvvəlki qədər ağrımırdı.


Ardı →

Xoşbəxtlik üçün 7 sirr

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər.


2. İnamlı olun, özünüzə və qadir olduqlarınıza inanın. Bu sizin həyatda mövqeyinizi gücləndirəcək və siz insanlar arasında varlığınızı hiss edərək özünüzü xoşbəxt hiss edəcəksiniz.

3. Mərhəmətli olun və bağışlamağı bacarın. Siz bununla ətrafdakılarınıza da xoşbəxtlik bəxş etmiş olarsınız. Xoşbəxt insanların arasında olmaq isə özü bir xoşbəxtlikdir.

4. Keçmişdə həyatınızda baş verən xoşagəlməz hadisələri və səhvlərinizi unudun. Keçmişin yükünü çiyinlərində daşıyan insan xoşbəxt ola bilməz. Enerjinizi gələcəyiniz üçün sərf edin. Bu sizi xoşbəxtliyə aparacaq.


Ardı →

Xoşbəxtlik...

Allah insanı palçıqdan yaradıb, lakin həmin palçıqdan bir az qalmışdı və Allah insandan soruşdu.

«Nə istəyirsən?»

İnsan cavab verdi:

«Xoşbəxtlik!»

Bu zaman Allah palçığın qalan hissənini verdi insana və dedi 

«Yarat!»


Davamı →

Əgər...

Əgər, bu səhər sağ olaraq oyanmısınızsa;
-Dünən ölən 330 milyon insandan daha şanslısınız.
 Əgər, bu səhər xəstəlikli deyil də sağlam oyanmısınızsa;
-1 milyard insandan daha şanslısınız.
Bir müharibə təhlükəsi ilə, işgəncə görmək ehtimalı ilə, sağ qalmaq qorxusu ilə və böyük bir təhlükə ilə qarşı-qarşıya deyilsinizsə;
-500 milyon insandan daha xoşbəxtsiniz.
Mətbəxinizdə və ya soyuducunuzda yeməyiniz, üzərinizdə paltarınız və yata biləcəyiniz bir eviniz varsa;-Dünyadakı 3 milyard insandan daha zənginsiniz.
Cibinizdə və ya bank hesabınızda pulunuz varsa;
-Dünyanın imtiyazlı 1 milyard insanı arasındasınız.
 Bu mesajı oxuya bilirsinizsə;
-Bu deməkdir ki, oxuma yazma bilməyən 2 milyard insandan biri deyilsiniz.
Ananız, atanız sağdırsa, boşanmamışlarsa, həyat yoldaşınız və uşaqlarınızla xoşbəxt bir ailəsinizsə;
-Siz bu dünyadakı nadir insanlardan birisiniz.


Bu günümüzdən şikayətlənməyək.Əlhəmdülillah.

Davamı →

"Xoşbəxtlik" və "həyatın mənası"

«İnsan həyatda nə üçün yaşayır?», «Onun dünyada mövqeyi nədən ibarətdir?», «İnsanın xoşbəxtliyi nədədir?» kimi suallar hər bir ağıllı insanı narahat etməyə bilməz.
Xoşbəxtlik – etikanın digər kateqoriyalarından fərqli olaraq daha konkret məzmuna malik olsa da onlarla sıx əlaqədardır, xüsusən borc, vicdan, şərəf və s. ilə. İnsan mənəviyyatının dərinlikləri iləəlaqədar olan xoşbəxtlik– əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır. Arzu kimi xoşbəxtlik də insanın idealının hissi-emosional formasıdır, lakin fərq bundadır ki, o, yalnız məqsəddən, cəhddən ibarət olmayıb, bunların həm də həyata keçirilməsi ilə bağlıdır. Xoşbəxtlik yalnız insanın müəyyən konkret obyektiv mövqeyini və ya subyektiv vəziyyətini xarakterizə etmir, o, insanın həyatının necə olması vəəsil səadətin nədən ibarət olması barədə təsəvvürləri ifadə edir. Xoşbəxtlik ruhun daimi rahatlığıdır. O, fasiləsiz sevinc deyil, əksinə, ruhun xüsusi emosional yüksəliş məqamıdır. Buna görə də xoşbəxt həyata qəmli-qüssəli, dərdli məqamlar da aid ola bilər. Xoşbəxtliyə həm də həyatın bir çox sevinclərindən imtina etmə daxildir.
Ardı →

Xoşbəxtlik harda gizlənib?

Bir gün mələklər, xoşbəxtliyi gizlətməyə qərar verirlər. «Gizlədək, çətin tapsınlar.Çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər» deyərək başlayırlar müzakirəyə...
Problem böyük imiş. Xoşbəxtliyi gizlətmək asan deyilmiş çünki...
kimisi: «Everestin ən yuxarısında gizlədək» deyir, kimisi «Sakit okeanının dibinə» deyir.
Tac mahal, Məkkə küçələri, italyan süfrəsi...
Bir xəstəxananın doğuş otağı, bir dondurma qabı...
Siqaret paketi, gül bağçası, bağçalı evlər...
Bir çox yerlər düşünürlər, amma heç biri kifayət qədər çətin olmur.
Bu zaman mələklərdən biri;
«Bəlkə öz içlərində gizlədək?»-deyir-«Heç kimin ağılına gəlməz ki, öz içinə baxmaq!!!»
Bax, o gün bu gündür, xoşbəxtlik insanın içində gizlənir...
Heç bir xoşbəxtlik asan tapılmır. Asan asan gülmür insanın üzü...
İnsanın içində gizlidir xoşbəxtlik...

Davamı →

İnsanı xoşbəxt edən 5 faktor

Alimlər insanı xoşbəxt edə biləcək faktorlar üzərində çalışmaları davam etdirir. Alimlərin son araşdırmaları deməyə əsas verir ki, insanlar öz xoşbəxtliklərinə nəzarət edə və müəyyən hərəkətlər vasitəsi ilə xoşbəxt situsiyanı dəstəkləyə bilərlər. Əvvəllər isə alimlər hesab edirdi ki,  xoşbəxtlik digər insani keyfiyyətlər kimi insana genetik olaraq keçir və bu, insanın nəzarət edə bilməyəcəyi faktorlardan asılıdır.    
Kaliforniya Universitetinin psixologiya professoru Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən 5 faktorü ayırd ediblər.

Ardı →

Yaşamaq gözəldir

İnsanın bir ömür yorğunluğu onun həyatının hər saniyəsinə xüsusi xidmət etməsi anlamındadır. Ölümdən danışmaq insanlar üçün asandır. Amma ölümü yaşamağı heç kəs istəmir. Ölümə qədər yaşamaq çox gözəldir. Həyata daha rəngli baxmaq, daha fərqli yanaşmaq, standartlardan qaçmaq kimi tərzlər isə maraqlı körpülər yaradır...

Başlanğıc...

Dünyaya göz açmış körpənin yaşamaq üçün gəldiyini onun ağlamasından anlamaq olur. İnsan doğulanda artıq başa düşmədən yaşamağa meyillidir. İlk addım atdıqda onun üzündəki təbəssüm bunun əyani sübutudur.
Ardı →

Xoşbəxtlik

Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:


— Ey xeyirxah insan, çıxar məni buradan.


— "Əvəzində nə verəcəksən?" — deyə insan soruşur.


— Nə istəyirsən?


— Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.


Ardı →