Məşhur yazıçıların qəribəlikləri

1.Fridrix Şiller
Dövrünün ən böyük şairlərindən olan Şiller yazı yazarkən mütləq masasının üstündə çürük alma olmalı idi.Alma qoxusunun onu başqa aləmə apardığını, özünü təbiətin qoynunda hiss etdirdiyini deyirdi. Masa üstündə milçəklər vızıldaşan çürük bir alma və oturub şeir yazan bir şair. Təsəvvür edə bilirsiniz?

Davamı →

Yazıçı ölü doğan qadını necə xilas etdi?

14 yanvar 1840-cı il, London.
Merilibon yolu ilə Paddinqton küçəsinin arasında əsasən yoxsulların məskunlaşdığı binada istintaq aparılır. Mülk sahiblərini bu kimi vəziyyətlərdə məhkəmə heyəti vəzifəsini daşımağa razı salmaq öhdəliyi olan Bidl 12 nəfəri toplayıb. Onların çoxu ticarətlə məşğuldur. Amma biri digərlərindən fərqlənir. Yaxşı geyinmiş, yaraşıqlı, qıvrım saçları alnına tökülən gənc adam.
Məsələ, bir uşağın öldürülməsi ilə bağlıdır. Bir qulluqçu qız yeni doğulmuş uşağını öldürməkdə günahlandırılır. Məhkəmə heyətindən biri dərhal qıza qanunun icazə verdiyi ən sərt cəzanın verilməsinin vacib olduğunu deyir.
Proses başlamazdan əvvəl məhkəmə heyəti uşağın cəsədini görmək üçün morqa gedir. Uşaq üstünə ağ mələfə örtülmüş tabutdadır.
Davamı →

Kiçik diqqət

Yazıçı olmaq istəyirdi. Ancaq bu arzusunu həyata keçirəcəyinə çox az inanırdı. Çünki ömrü boyu ancaq dörd il məktəbə gedə bilmişdi. Üstəlik, ailəsi də həmişə səfalət içində yaşamışdı (hətta atası borclarını ödəyə bilmədiyi üçün həbsə də düşmüşdü).

Ən yaxşı tanıdığı şey aclıq idi. Çünki aclığın bütün iztirablarını yaşamışdı.
Uzun “mübarizələrdən” sonra tapdığı yeganə iş siçanlarla dolu bir zirzəmidə boya qutularına kağız yapışdırmaq idi.

Hamının ona güləcəyini düşündüyü üçün hekayələrini gecələr göndərirdi. 22 yaşında ilk hekayəsini göndərəndə də belə düşünmüşdü. Üstəlik, bu hamısı deyildi. Göndərdiyi bütün hekayələr geri qayıdırdı...

“Meydandan çəkilmək” istəyirdi ki, bir gün bir məktub aldı. Redaktorlardan biri hekayəsini bəyəndiyini yazmışdı. O gün sevincindən nə edəcəyini bilmədi. Saatlarla ağlayaraq küçələri gəzdi. Madam ki, hekayəsini bəyənən var idi, deməli, artıq yazmaq olardı. Əslində bu “kiçik diqqət” onun həyatını dəyişmişdi. Əgər o gün o məktub gəlməsəydi, bəlkə də, bütün ömrünü siçanlarla dolu o zirzəmidə keçirəcəkdi...

Bəli, bu, məşhur ingilis yazıçısı Çarlz Dikkens idi. Viktoriya dövrünün ən böyük nümayəndəsi qəbul edilən, əsərləri bütün dünya dillərinə çevrilən Çarlz Dikkens”...

 
Davamı →

Çarlz Dikkens-Oliver Tvistin macəraları

Çarlz Dikkens 1812-ci il fevral ayının 7-də İngiltərənin Portsmut şəhəri yaxınlığındakı Lendport qəsəbəsində anadan olmuşdur.Az yaşlarında çətin həyat sürmüş və işləməyə başlamışdır.
Dikkens öz yaradıcılığına «Bozun oçerkləri» adlı kitabı ilə başlamış,sonra Pikvik klubunun qeydləri" adlı romanını və bunun ardınca «Oliver Tvist»i yazmışdır.
Ardı →