İntihar çıxış yoludurmu?

Bu il başlayandan bir çox intihar hadisəsi oldu. İntihar edənlər, intihara cəhd edənlər...

İntihar səbəbləri haqqında yazmadan öncə statistikaya nəzər salmanızı istəyirəm:

 Statistikaya görə hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir. Gün ərzində 3.000 insan intihar yolu ilə yaşamlarını sonlandırırlar. Başqa sözlə, hər 40 saniyədən bir 1 insan intihar edir. Bu gün ən çox intihara üstünlük verən insanlar Yaponlardı. Belə ki, Yaponiyada gündəlik 150-200 insan intihar edir. Bilməmiş olmazsınız, Yaponiyada “İntihar meşəsi” adlanan yer var, hər il bu meşədən 70-100 cəsəd tapılır.


Ardı →

Münasibətləri yoluna qoymaq üçün məsləhətlər

Söhbət edin
Gündəlik işlərdən söhbət etməyə vaxt olmur. Uşaqlarla, alış-veriş siyahısı və günün dedi-qoduları ilə bağlı ayaqüstü danışa bilirik. Necə olduğunuzu, ruh halınızı və dərdləşməyə vaxt tapa bilmədiyiniz anlar olursa, günah sizdədir. Dərdləşmək və söhbət etmək üçün vaxt ayırmalısınız və bu sizin öz əlinizdədir. 

İki həftədən bir bir neçə  saatınızı həyat yoldaşınızla söhbət edib, dərdləşməyə sərf edin. Lakin bu müddət ərzində evliliyiniz və bir-birinizin duyğusal istəkləri xaricində olan mövzulardan uzaq durmalısınız. 

Güahlandırmaqdan vaz keçin 
Özünüzü kök hiss edirsinizsə, bu onun günahı deyil. “Məni daha tərifləyib xoş sözlər demirsən!” kimi günahladırıcı cümlələr qurmayın. Bu cümlələrin əvəzinə, “Hamiləlik kilolarından xilas olmadım. Məni əvvəlki kimi cazibədar hesab etməyin üçün dəstəyinə ehtiyacım var”  deyə bilərsiniz. Əgər yeməyi daha çox sevirsinizsə, kişinin diqqətsizliyini başa düşmək olar. Odur ki, yeməklərinizə fikir verin. 
Ardı →

Mübariz ol!


Bəzən hər şeydən bezirsən, ruhunda bir ölgünlük, əzginlik hiss edirsən. Həyat da gözündə adiləşir, insanlar da. Bir tərəfə çəkilib gözlərini bir nöqtəyə zilləyərək saatlarla beləcə lal-dinməz, sükut içində oturursan. Səni dindirib-danışdıran olmasa, bəlkə heç günlərlə yerindən də tərpənməyə  tənbəllik edərsən. Amma yox, səhv  edirsən, yadında saxla: həyat mübarizə aparmağı bacaranları sevər. Sən də mübariz ol, ruhdan düşmə, hələ hər şey qabaqdadır. Özünü ələ almağı bacar.

Çox mənzərə ilə üz-üzə qalacaqsan, çox hadisənin şahidi olacaqsan, qarşına xəbis də çıxacaq, xeyirxah da, səni sevən də olacaq, sevməyən də. Hər şeydən, hər sözdən küsüb incimə...

Fikir vermisənmi, yazın gəlişi ilə “yuxulu” təbiətin oyanışına?
Görmüsənmi iri bir daşın altından güclə də olsa, birtəhər baş qaldırıb səmaya “salam” verən kiçicik, zərif çiçəyin duruşunu? Sən də içində yaz təravəti, nəfəsində yaz qoxusu hiss et. Ruhunu təzələ, qəlbini xoş ovqata bağla, çünki hər şey qabaqdadır, nə özündən, nə də ətrafından küs, inci. Həmişə Allaha şükr et, dilindən duanı əsirgəmə, onda çox maneəni asanlıqla dəf etməyi bacaracaqsan. Yetər ki, sən ruhdan düşmə!


Davamı →

Gəzintiyə çıxın

Monoton həyat həmişə cansıxıcıdır. Bir-birinizi nə qədər çox sevsəniz də, bir-birinizə nə qədər hörmət etsəniz də, hər gün eyni mənzərə ilə qarşılaşmaq istər-istəməz nə vaxtsa bayağılaşır, monotonlaşır.ailə gəzintidə

Atanın televizor qarşısında “yorğunluğunu atması”, uşaqların otaqlarında dərs hazırlaması, ananın mətbəxdə biş-düşü ilə məşğul olması… hər şey əvvəlki, hər şey həmişəki. Əlbəttə, bu həyata yeni rənglər qatanda, yeni çalarlar əlavə edəndə istər-istəməz dincəlirsən, yenilənirsən.

Arabir hər şeyi bir tərəfə qoyun və səhər tezdən evdən çıxın, özü də hamılıqla. Ya bir parka gedin, ya bir sahilə üz tutun və göz işlədikcə uzanan üfüqlərə baxın, göz işlədikcə uzanan küçələri addımlayın. Əminəm ki, faydasını görəcəksiniz.


Ardı →

Çətinliklər sizi ruhdan salmasın

Çətinliklərdən qorxmaHəyatda elə maraqlı insanlar var ki, onlar haqqında danışmaqla qurtarmaz. Hətta bir dərdiniz olsa, ya da bir çətinliyə düşsəniz, tez onun yanına qaçarsınız. Sanki hansısa bir qüvvə sizi onlara tərəf çəkər. Mənim dostum da elə bu insanlardandır.
Bir gün özümü çox pis hiss edirdim. Nə edəcəyimi bilmirdim. Telefonu götürüb ona zəng etdim. “Tez yanıma gəl”, — dedi, sonra da: “Evdə heç kim yoxdur. Həm qəhvə içər, həm də söhbət edərik”, — deyə əlavə etdi.
Qalxıb dostumun yanına getdim. Bir saat sonra həmişə olduğu kimi, artıq özümü yaxşı hiss etməyə başlamışdım. Məni narahat edən problemlər yenə də öz yerində idi, ancaq indi onlar əvvəlki kimi “dəhşətli” deyildi. Bir də Ken (Ken mənim dostumun adıdır) öz kreslosunda oturub adamı elə səbirlə, elə təmkinlə dinləyirdi ki, bütün bunlardan sonra özünü yaxşı hiss etməmək, sadəcə olaraq, mümkün deyildi.


Ardı →