Çərəz pastası

Uşaqların səhər yeməyi bir çox hallarda ciddi problemə çevrilir.
Lakin bu dadlı qoz-fındıq pastası uşaqların xoşuna gələcək. Bu pasta ilə uşaqlara buterbrodlar hazırlayın — həm dadlı, həm faydalı, həm doyumlu.
İstənilən qoz-fındıq (qoz, badam, araxis, keşyu, fındıq) götürüb blenderdə yaxşı əzin. Hər yarım dəqiqədən bir blenderi söndürün və pastanı qaşıqla qarışdırın.

Davamı →

Dadlı soğan çərəzi

Dadlı xırçıldayan soğan halqaları faydalı çərəz olması ilə yanaşı, mağazada satılan zərərli çipsləri və müxtəlif süni aromatizatorlarla dada gətirilmiş suxariləri əvəz edən faydalı qidadır. Bunu həm böyüklər, həm də uşaqlar üçün hazırlamaq olar.

Tərkibi:
böyük baş soğan — 2 əd.
yumurta — 1 əd.
süd və ya su — 1 stəkan
qarğıdalı unu — 1 stəkan
qabartma tozu — 0,5 ç.qaş.
təzə zəncəfil — 1 ç.qaş.
üyüdülmüş qoz — 1 ç.qaş.
sarımsaq — 1 diş
duz — 1 ç.qaş.
istiot — 0,5 ç.qaş.
küncüt toxumu (və ya üyüdülmüş
Davamı →

Qovurğa

Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur. Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var.

— Çəki problemi olanlar üçün ideal bir qidadır.
— Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.
— Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdır.
— Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.
— Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.
Davamı →

Ən bahalı çərəz: makadamiya fındığı

Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı.

İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırıb. Həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb.

1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib. Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir.
Davamı →

Sidr qozu

  • Flora
Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir. Rusiyada hətta belə deyim də var — «Sibir sağlamlığı». Sibirlilərin fikrinə görə bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.

Sidr ağacı Sibir meşələrinin rəmzidir. Bu ağac əsl şəfa mənbəyidir. Sidr ağacı havaya müalicəvi fitonsidlər buraxır ki, bu da nəfəsalma sistemini möhkəm və sağlam edir. Ağacın qabığı və iynəyarpağı da müalicəvi məqsədlərlə geniş istifadə olunur. Sidr ağacı faydalı qozu ilə da məşhurdur. Əslində «sidr qozu» kimi tanınan məhsul qoz deyil, sidr ağacının qozasının içində olan toxumdur. Bir belə qozanın içində 150-yə qədər «qoz» var.
Davamı →

Menopauza zamanı "7"

klimaks dövründə olan xanımlarMenopauza zamanı qidalanmaya diqqət edilməli və aşağıdakı yeddiliyə mütləq şəkildə əməl edilməlidir:

1) Yağ qəbulunun məhdudlaşdırılması və yağlı qidalardan uzaq durmaq.

2) Kalsium ilə zəngin qidalara üstünlük vermək.Bu zaman sizə süd və süd məhsulları daha çox kömək edə bilər.Lakin,yağlanma dozasını mütləq gözləmək lazımdır.
Ardı →