Kimə çiyələk yemək olmaz?

ciyələkÇiyələk ən sevimli giləmeyvədir. Onu həm uşaqlar, həm də böyüklər xoşlayır. Çiyələk həm də çox faydalıdır — qanı təmizləyir, damarları möhkəmləndirir, əhvalı yaxşılaşdırır, stresi azaldır.

Lakin bəzi xəstəliklər və pozulmalar zamanı çiyələyi yemək olmaz. Beləliklə, kim çiyələkdən imtina etməlidir?
— allergiyadan əziyyət çəkənlər
— oynaq xəstəlikləri olanlar
— podaqra olanlar
— mədə xorası, qastrit və qastroduodenitdən əziyyət çəkənlər
— böyrək daşı xəstəliyi, sistit və piyelonefrit zamanı.

Təzyiq dərmanı qəbul edirsinizsə, çiyələk yeməyin. Bu böyrəklərin həddindən artıq yükləməsinə səbəb olacaq.
Davamı →

Dibçəkdə çiyələk

  • Flora
Müxtəlif kimyəvi maddələrə məruz qalmayan çiyələk yemək istəyirsinizsə, özünüz də ev şəraitində dibçəkdə əkə bilərsiniz. Ancaq bu zaman bəzi məqamlara diqqət etmək lazımdır. Bunlardan ən əhəmiyyətli olanları çiyələk toxumunun nə zaman əkilməsi və necə qulluq edilməsidir.

Əvvəlcə onu qeyd edək ki, çiyələyin hər növünü dibçəkdə yetişdirmək olmur. Ona görə də çiyələk toxumu alarkən müəyyən çiyələk növləri ilə maraqlanmalısınız. Məsələn, dağ çiyələyini özünüz evdə də yetişdirə bilərsiniz.

Çiyələkləri əkməzdən əvvəl təbii ki, dibçək seçimi əhəmiyyətlidir. Hər dibçəkdə çiyələk yetişdirmək olmaz. Çiyələk əkəcəyiniz dibçək böyük olmalıdır. Çiyələk kök atacağı üçün kənarlarında dəliklər olmalıdır. Bununla yanaşı, çiyələyi əkdiyiniz qabı müəyyən yüksəklikdə saxlamalısınız.
Davamı →

Özü qədər yarpağı da faydalıdır

  • Flora
Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq. Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Aile.lent.az çiyələk yarpağının saymaqla bitməyən faydalarını ilə sizi də tanış edir.

— Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
— Bağırsaqlara olduqca faydalıdır.
— Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir.
— Maddələr mübadiləsini sürətləndirir.
— Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
— Böyrəklərin nizamlı işləməsinə kömək olur.
— Qum və daş tökən xəstələrə tövsiyə edilir.
— Sidik sökdürücü xüsusiyyətiylə bədəndəki şişin atılmasında təsirlidir.
— Qırtlaq xərçənginə qarşı qoruyucu təsiri var.
Davamı →

İstiotlu çiyələk


Bir çox aşbaz və dequstatorlara görə çiyələyin yeni və ən yaxşı dostu qara istiotdur! Onların fikrinə görə burada qara istiotun əsl vəzifəsi, duzun ətə təsir etdiyi kimi, çiyələyin ləzzətini üzə çıxarmaqdır. Başqa sözlə, çiyələyə qara istiot səpsəniz, onun dadını şirniyyata çevirəcək.

Maraqlıdır, qara istiot çiyələyə niyə belə bir dad verir?
Bilirik ki, ən çox yetişmiş çiyələyin dadında belə turşuluq hiss olunur. Qara istiotun acılığı ilə çiyələyin turşuluğu bir-birini tamamlayır.lakin qara istiot limon, qreyfrut kimi turşmeyvələdə belə təsir göstərə bilmir.
Davamı →

Allergiyaya səbəb olan ən məşhur giləmeyvə

Bu siyahıda ən ön sırada yer alan giləmeyvə — hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə, dadı, ən əsası isə qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün çox faydalı meyvələr sırasına daxildir.

İlk olaraq,nəzərinizə çatdırırıq ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlı antiksidantlar və bir sıra vitaminlər vardır. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir.

Cəmi 100 qr çiyələk, orqanizmin gündəlik C vitamininə olan tələbatı ödəyə bilir.

Bundan əlavə çiyələk — selülloz, fol turşusu, kalsiy, dəmir, fosfor, ftor, sink, brom, xlor, natriy, kaliy, marqanes və bir sıra digər mikroelemntlərlə zəngindir. Xeyirli xüsusiyyətlərinə görə bu giləmeyvə qreypfrut, alma, portağal, moruq və pomidor kimi xeyirli məhsulları geridə qoya bilir.

Xeyirli xüsusiyyətlərinə həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabilliyətinə malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə — susuzluğu yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı yüksəldir.
Ardı →

Qüvvət verən qidalar

  • Flora

Tut
Dəmir baxımından çox zəngin, sidik qovucudur, bağırsaq qurdlarını salır. Yalnız tut meyvəsinin deyil, yarpaqlarının da bu xüsusiyyəti var. Yarpaqların bir başqa əhəmiyyətli xüsusiyyəti isə qanamağı dayandırmasıdır.

Ağ tutun faydaları:
Bədənə qüvvət verir, qan artırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
Temperaturu aşağı salar.
Qaraciyəri qüvvətləndirir.
Mədə və bağırsaqların işinə kömək edir.
Xüsusilə yeməklə birlikdə yeyəndə həzmi asanlaşdırır.
Ac qarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır.

Quru tutun faydaları:
Quru tut isə ağız və boğaz iltihablarında möcüzəvi təsir göstərir.
Tut hansı şəkildə yeyilsə də yaxşı qan artırandır.
Kökəldir və iştah açır.


Ardı →

Çiyələyin faydaları

  • Flora

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.


Ardı →

Çiyələk

  • Flora
Çiyələk qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Quba,Xaçmaz, Qusar,Qonaqkənd,Şəki, Zaqatala,Şuşa, Kəlbəcər,Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.Çiyələk orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır,həzmi asanlaşdırır.
Meşə çiyələyinin tərkibində qlükoza,saxaroza şəkərləri,aşı maddələri,C vitamini karotini,pektin maddələri,dəmir duzları,efir yağı var.

Ardı →