Əbdürrəhim bəy Haqverdiyev - aşkarlar və gizlinlər arasında

«Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”
İlk nəsr nümunələrinin birində, „Ata və oğul” hekayəsində dilə gətirdiyi bu işıqlı sözlər Əbdürrəhim bəy Haqverdiyevin öz ömrünün də həqiqəti oldu. Dramaturgiyasına nisbətən nəsrinin həyatının daha sonrakı dövrlərinə aid olduğunu nəzərə alsaq, bu fikirlərin ömür təcrübəsinin səsi ilə qələmə alındığını, zaman-zaman həyat amalına çevrildiyini düşünməkdə haqlı olarıq. Onun yaşam məqsədinin yaxşı-pis nədən ibarət olduğunu aydın dərk etməyi bacaran qəhrəmanları hətta rəhmətə layiq olmayan rəhmətliklər olsalar belə yenə “diri”dirlər və çağın adamıdırlar. Ədib üçün ömür payını vicdanla yaşamaq, doğru düşünə, duya bilmək, ətrafına fayda göstərmək, bir sözlə, insan olmaq hər şeydən önəmlidir və onun bütün yaradıcı təxəyyülü məhz bu özülün üzərində formalaşmışdır.

Davamı →

Dramaturgiya Haqverdiyevin simasında özünün ən istedadlı nü­ma­yən­dələrindən birini tapdı

Dünyanın ən qədim, zəngin və rəngarəng sahələrindən biri olan Azərbaycan mək­təb və pedaqoji fikir tarixində özünə layiqli yer tutan Əbdürrəhim bəy Haqverdiyevin “Hacı Daşdəmir”, “Dağılan tifaq”, “Bəxtsiz ca­van”, “Pəri cadu”, “Millət dostları”, “Kimdi müqəssir?”, “Ac həriflər”, “Xəyalat”, “Qa­dın­­­lar bayramı”, “Ağac kölgəsində”, “Köhnə dudman”, “Çox gözəl”, “Padşahın mə­həb­bə­­ti”, “Sağsağan”, “Ağa Məhəmməd şah Qacar” və başqa dram əsərləri şirin dili, mə­na­lı gülüşü, aydın təşbihləri, dərin mə­na­sı, yüksək ideyası ilə oxucunun nəzərini cəlb edir.
Davamı →

İlk Azərbaycan dirijoru

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Atası Əsəd bəy qəza idarəsində katib vəzifəsində işləyib. Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə alır. Kiçik Əbdürrəhimi atalığı H.Sadıqbəyov çox yaxşı qəbul edir, onun tərbiyəsilə məşğul olur. 1880-ci ildə atalığı, Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur. Bu məktəbdə Haqverdiyev rus dilini öyrənir, rus yazıçılarını həvəslə oxuyur.
Davamı →

Çeşmək | Əbdürrəhim bəy Haqverdiyev

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.
Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi
Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini yadından çıxarardı.
Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı.

Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.
Davamı →

Əbdürrəhim bəy Haqverdiyev " Ayın Şahidliyi"

Yay fəsli təzə daxil оlmuşdu. Şəhərin havasının qəlizliyindən, tоzundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yоrulmuş bədəni кöhnə halətinə gətirməк üçün kəndə rəvan оldum. Qəndablı кəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu кəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni кəndə çəкən ancaq оnun gecələrinin səfası idi.

 

Gözəl gecələrin birində bir evin qabağında bir taxt qоyub bir tərəfində mən və bir tərəfində, imperatоr Birinci Niкоlayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idiк. Həqiqət nəsimin əsməyi, çəyirtкələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı birbirinə qarışıb, ruha süкunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər.

 

Düzlərdə əкilmiş taxıl nəsimin qabağında о yan-bu yana yatıb dərya təк mövclənirdi və dоlu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər təк cəlladları оlan biçinçilərə müntəzir idilər.

 

Təк-təк bоş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar.

 

Amma səhv edirdilər; оnlar da cəllad əlindən qurtara bilməyəcəкdilər. Ancaq dоlu baş, bоş başdan artıq кəsiləcəкdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın кənarında cərgə ilə bоy atmış ərərləri guya sünbüllər üstündə qarоvul qоymuşdular.


Ardı →