Əsəbi insanlar xərçəngə tutulur

Bəslənmə müşaviri Dr. Gönül Atəşsaçan bədəndə olan bir çox xəstəliyi əslində özümüzün çağırdığını, ona görə də xəstəliklərin müalicəsində sadəcə fiziki olaraq deyil, zehni, romantik və ruhi olaraq da təmizlənməmiz lazım olduğunu bildirib. Atəşsaçan «Niyə acam, niyə kökəm» kitabında da ifadə etdiyi kimi özünü qurban olaraq görənlərin tiroid, əsəbilik hiss edənlərin xərçəngə qarşı, cinsi həyata qarşı yığılmış hirsləri olanların sellülitə, gələcək qayğısı daşıyanların beyin xəstəliklərinə uyğun olduğunu deyir və bəzi peşə qruplarının isə bəzi xəstəlikləri çağırdığını izah edir. Məsələn, vəkillər xroniki bədbəxt olur və bir çox xəstəliyə tez tutulur, jurnalistlər daha çox panik atak və ürək xəstəlikləri, ekran qabağındakılarda isə tez-tez şəkər və alkoqolizm görülür. Bir şeydən çox qorxuruqsa, səhv düşünməyə və başımıza pis hadisələrin gəlməsini planlamağa başlayırıq və bir müddət sonra onlar bizim həyatımızı formalaşdırmağa başlayır. Çünki hüceyrə çəpərinin elektrik cərəyanı hər şeydən təsirlənər. Qısacası, xərçəng əsəbilikdir. Əsəbini xaricə vuran insanlar xərçəngə daha az tutular. Bəzi xərçənglər müalicəylə yaxşılaşdığı halda yenə meydana gələr, çünki insan keçən təcrübəni yaddan çıxarır, halbuki, xəstəliklər ən yaxşı müəllimlərdir. Sellülit qadınların kişilərə qəzəbidir. Serotonin enəndə testestoron və libido enər, ostrogen artar, sellülit meydana gələr.

Davamı →

Əsəbin fəsadları

Əsəb və hirsin boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır.
Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə


Davamı →

Sakitləşmənizi təmin edəcək məsləhət

Sakitləşmək, əsəbləri nəzarətdə saxlamaq çətin görünsə də, oxuyacaqınız bu məsləhətlər  duşdüyünz vəziyyətlərin daha pisə hal almasının qarşısını ala bilər və əsəblərinizi biraz sakitləşdirə bilərsiniz.

— Səssiz durun: Beyninizin içindəki bütün düşüncələri demə istəyi hər nə qədər ağır gəlsə də, bu kimi vəziyyətlərdə səssiz qalmaq ən doğru variantdır deyə bilərik.

-Əsəbinizi daha sonra peşman olacağınız sözlərə çevrilməsinə icazə vermək yerinə ağıllıca rəftar edərək səssiz qalın və düşüncələrinizi əks etdirmək üçün daha uyğun bir anı gözləyin.


Ardı →