Orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi

Orqanizmlər daim xarici mühitin təsirinə məruz qalırlar. Orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün amilləri mühit hesab olunur. Mühit şəraiti olmadan orqanizmlər qidalana, tənəffüs edə, böyüyə və nəsil verə bilməzlər. Cansız təbiət amilləri – işıq, temperatur, rütubət, torpaq və havadır. Canlı təbiət amillərinə isə bakteriya, göbələk, bitki və heyvanların təsiri aiddir. Son dövrdə insanın fəaliyyəti də ayrıca amil kimi götürülür.
Davamı →

Kondisionerlərdən ətraf mühitə yayılan mikroorqanizmlər

Yay aylarında tez-tez istifadə etdiyimiz kondisionerlər orqanizmi zəif olan insanlarda sətəlcəm kimi xəstəliklərə səbəb olur.
Tənəffüs orqanı xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Metintaşın, müsahibəsində bildirmiş ki, xüsusilə yay aylarında sərinləmək istəyən sürücülər yüksək temperaturda  kondisionerlərdən istifadə edərkən ehtiyyatlı olmalı və  soyuqlama-cərəyanında çox qalmamalıdırlar.

Prof. Dr. Metintaş, bu vəziyyətin soyuqlama sonrası sinusitə səbəb olacağını da bildirib. Yaxşı təmizlənməmiş kondisionerlərdə ətraf mühitə yayılan xlamidya, mikoplaza kimi mikroorqanizmlər «atipik sətəlcəm» adı verilən bir xəstəliyə səbəb olur. Bu xəstəliyin isə insanlarda ishal, ürək bulanması, qarın ağrısı, oynaq ağrısı kimi hallar yaratdığı bildirilir. Xəstələrdə 5-6 gündən sonra  öskürək, tənəffüs çətinliyi kimi narahatlıqlar da olur. Bu baxımdan kondisionerlər nizamlı olaraq təmizlənməli və normal temperaturda istifadə edilməlidir.


Davamı →