Nobel qardaşlarının şirkəti
Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya hərbi dairələrinin diqqətini cəlb etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →
Davamı →