Nobel qardaşları haqqında

Nobel qardaşlarıBakıda ilk xarici firmanın əsasını İsveçin məşhur mühəndis və ixtiraçı ailəsindən olan Nobel qardaşları qoyub. Ataları Emmanuel Nobel 1843-cü ildə İsveçdən Rusiyaya köçür. O, Peterburq şəhərində mexanika zavodu alaraq silah istehsalına başlayır. Onun hazırladığı sualtı minalar Krım müharibəsi zamanı Peterburqda və Kronştadda İngiltərənin hərbi gəmilərinə qarşı istifadə olunur. Nobel, həmçinin hərbi gəmilər üçün buxar maşınları da istehsal edib.

Krım müharibəsi başa çatandan sonra dövlət sifarişləri dayandırılır və Nobel iflas təhlükəsi qarşısında qalır. İflasdan birtəhər yaxa qurtaran Emmanuel həyat yoldaşı və iki oğlu — Alfred və Elmarla birgə Peterburqdan vətəninə qayıdır. Onun digər iki oğlu – Lyüdviq və Robert isə Peterburqda qalır.
Davamı →

Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Azərbaycan neftinin tarixi

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi. 
Davamı →

Azərbaycanda neft sənayesinin tarixi

Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu.  I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər.
Davamı →

Nobel qardaşları

NOBELLƏR KİM İDİ?

İsveçli idilər. İlk dəfə Rusiyaya gələn Nobel Emanuel Emanueloviç olub (1837-ci il). Vətənində ixtira etdiyi sualtı minalar Rusiya hökumətinin diqqətini çəkdiyindən, onu xüsusi dəvətlə çağırırlar. E.Emanueloviçin işləri Rusiyada yağ kimi gedir. Ta Krım müharibəsi (1853-56) qurtarana qədər rus ordusunu silahla, minayla təmin edir. Müharibədən sonra sifarişlər kəsilir və İsveçə qayıtmalı olur. Emanuel Nobel Peterburqa 4 oğlu ilə gəlmişdi. Uşaqlar böyüyüb bu şəhərə alışmışdılar. Ona görə də, ata Vətənə dönəndə, böyük oğul Lüdviq və Robert Peterburqda qalıb maşınqayırma işləri ilə məşğul olmağa başlayır. Atası kimi bacarıqlı olan Lüdviq hətta Vıborqda zavod alıb işlədir. O zavodu bir neçə ilin içində 1 nömrəli silah zavoduna çevirir. Hazırladığı top lülələri şöhrətlənir (Qılman İlkin). «Nobellər və Bakı nefti» kitabının təqdimatı Berdanka tipli silahlar da həmçinin. Elə bu Berdanka olmasaydı, Nobellər heç Bakı neftindən də xəbər tutmazdılar…
Davamı →