İnanılmaz CASUS HEKAYƏSİ - Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ?

Modanı yenidən yaradan və «Chanel» ətirləri ilə adını tarixə yazan Koko Şanel İkinci Dünya müharibəsi zamanında bir nasist zabiti ilə sevgili olmaqla kifayətlənməyib, həm də onlar üçün casasluq edib.

Məlumatda bildirilir ki, çox fürsətcil qadın olan Şanel nasistlər iqtidarda olanda, o da modanın iqtidarı olub.

Şanel markasının yaradıcısı, Fransız modelyer almanların xarici siyasəti və Hitlerə heyran idi. İkinci Dünya Müharibəsinin ilk illərində Şanel alman aristokrat Gunter von Dinklageni sevir. O, nasistlərin təbliğat naziri Cosef Gebbelsə bağlı adam idi. Nasistlər 1940-cı ildə Fransanı işğal edəndə hər kəs evlərindən küçəyə atılsa da, Şanel ancaq yüksək rütbəli alman zabitləri və nasist dəstəkçilərinin qala bildiyi Ritz otelə yerləşmişdi.


Davamı →

Kişilərdən doğulan qadınlar

  • Esse
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.

Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı…
Davamı →

Koko Şanel haqqında bilmədiklərimiz

Əsl adı Qabriel Bonhör olsa da, dünya onu Koko Şanel kimi tanıyır. 1883-cü ildə Fransada dünyaya gələn bu xanım 88 il ömür sürüb. O, Fransanın əfsanəvi dizayneri, “Chanel” markasının yaradıcısıdır.

Koko “Time” qəzetinin “Əsrin ən önəmli 100 insanı” siyahısına düşən yeganə dizaynerdir. İlk dəfə qadınlar üçün şalvar hazırlayan, qadınları bezdirici tül geyimlərdən, korsetlərdən xilas edən məhz Koko olub. O, çox keçmədən “Kiçik qara don”u dəbə salıb və bu donla sadəliyin, eyni zamanda, şıqlığın nə demək olduğunu sübut edib.

1960-cı illərdə Odri Hepbern “Tiffanidə səhər yeməyi” adlı filmdə kiçik qara don geyinərək onu daha da populyarlaşdırdı. Qısa, qara don indiki dövrdə belə, xanımların ən vaz keçilməz geyimidir.
Davamı →

Coco Chanel

Dəb gedir, stil qalır.

Demək bu imiş şöhrət: təklik...
   
Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.

Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!
       
Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.
                            
İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın. 
       
Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...


Ardı →

Koko Qabriel Şanel

Ötən əsrin 20-ci illərinin əvvəlləri dəbdə qadın geyiminin cazibədarlıq və zəriflik itkisi situasiyası yaşanırdı. Məhz bu situasiyadan ustalıqla bəhrələnən Koko Şanel öz modellərində inqilabi yeniliklər və açıq-saçıq incəlik elementini birləşdirdi. O özünün ilk baxışda zövqsüz, sadə görünən məşhur «balaca qara paltarını» fikirləşdi. Bu həlledici addım ona dünya şöhrəti gətirdi və onun tapıntısını eleqantlıq, yüksək zövq və incəlik simvoluna çevirdi. "Şanel üslubu" anlayışı moda terminologiyasında möhkəm təsdiq olunub Koko isə özü haqda belə deyirdi: "İlk növbədə bu, üslubdur. Moda dəbdən düşür. Üslub isə heç zaman!".
Uşaqlığı haqqında məlumat çox azdır. Qabriel 1883-cü il avqustun 19-da Fransanın qərbində, Somüre şəhərində anadan olub. Atası yarmarka alverçisi Alber Şanel, anası isə atasının məşuqəsi Canna Devol idi. Əfsanəvi madmazel ömrü boyu qorxurdu ki, jurnalistlər onun nikahdankənar uşaq olduğunu, anasının astma və aclıqdan öldüyünü, atasının isə onu 12 yaşında katolik sığınacağına atdığını öyrənə bilərlər.
Ardı →

Koko Şanel

Koko Şanel Samyur adlı kiçik əyalət şəhərində anadan olub. Anası gəzməyi sevən atasının axtarışına çıxanda yolda onu sancılar tutub və qızı yaxınlıqdakı monastrların birində doğmalı olub. Doğuşu qəbul edən monax qadın uşağa Qabriel adını verib. Avara ata peyda olub, qızına gözünün ucuyla baxıb və çıxıb gedib. Qabrielin anası bronxitdən öləndə qızın 12 yaşı vardı. Tək qalmış ata oğlanlarını qohumlarına verib Qabrieli iki bacısıyla Obazin monastrına göndərir. Atası yetimxanada olarkən bir dəfə də yanına gəlməmişdi.
Həmişə qaşqabaqlı, hirsli gəzən Qabriel dərslərində uğur qazanmadı.Burda tikməyi də öyrədirdilər, Qabriel hamıdan pis tikirdi. Gələcəyin dəb kraliçası üçün kökləmək, yamaq atmaq çox maraqsız gəlirdi. Amma monastrdan çıxan kimi o, hazır paltan dükanında dərzi işini asanlıqla tapa bildi. Yaxınlıqdakı kavaleriya qarnizonu olduğundan onun tezliklə xeyli pərəstişkarı əmələ gəlmişdi.
Davamı →

Koko Şanelin 10 məsləhəti

Dünyanın əfsanəvi dizaynerlərdən biri Koko Şaneldir. Dəb tarixinin ən qızılı səhifələri onun adıyla bağlıdır. Koko Şanelin yaratdığı neçə-neçə geyim növləri bu gün də dəb sərgilərinin əsas bəzəyidir. 1971-ci ildə dünyasını dəyişən məşhur dizaynerin bir sıra önəmli fikirləri, dəyərli məsləhətləri dünya modelyerlərin əbədi devizinə çevrilib. 
Gözəllik sadəlikdədir.
Dəb ötür keçir, stil qalır.

Bunlar Koko Şanelin əsas kredosu idi.
İndi isə onun dəb qanunları ilə tanış olun:
Davamı →

Koko Şanel haqqında

Ötən əsrin 20-ci illərinin əvvəlləri dəbdə qadın geyiminin cazibədarlıq və zəriflik itkisi situasiyası yaşanırdı. Məhz bu situasiyadan ustalıqla bəhrələnən Koko Şanel öz modellərində inqilabi yeniliklər və açıq-saçıq incəlik elementini birləşdirdi. O özünün ilk baxışda zövqsüz, sadə görünən məşhur «balaca qara paltarını» fikirləşdi. Bu həlledici addım ona dünya şöhrəti gətirdi və onun tapıntısını eleqantlıq, yüksək zövq və incəlik simvoluna çevirdi. «Şanel üslubu» anlayışı moda terminologiyasında möhkəm təsdiq olunub Koko isə özü haqda belə deyirdi: «İlk növbədə bu, üslubdur. Moda dəbdən düşür. Üslub isə heç zaman!».

Ardı →

Moda dahisi - Koko Şanel

“Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz.” Bunu, işləməkdən heç vaxt yorulmayan, ən əsası da fədakarcasına çalışan, işi yolunda can qoyan valehedici bir qadın – Koko Şanel demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona görə, insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik ki, biz daha çox nə ilə məşğul olmağı xoşlayırıq; bunu anladıqdan sonra isə biz həyatda özümüzü, öz yerimizi tapmalı, sonra çalışıb, şərait qurub, uğura dərs verməliyik.


Ardı →