Makiyaj vasitələri qadınların ən önəmli əşyalarından biridir. Kosmetik vasitələrdən düzgün istifadə etmək zəruri olduğu kimi, onların mühafizə qaydalarını bilmək də vacibdir. Gözəl görünmək üçün kosmetik məhsullara yüksək məbləğlər ödəyir, əvəzində inanılmaz möcüzələr gözləyirik. İstəklərimizin reallaşması üçün kosmetik vasitələrə yaxşı baxmaq lazımdır. Düzgün şəraitdə saxlanılmadığı halda yararsız hala düşürlər. Çox bahalı krem rəngini dəyişə, tuş quruya, yaxud da parfum qoxusunu itirə bilər.
Tonal krem
Tonal kremi 1 ildən çox istifadə etməyin. Uzun müddət qalan tonal kremin qoxusu dəyişir, üst təbəqəsi yağlanır. Korlanan tonal kremin bir növlüyü pozulur və ələ çəkən zaman əvvəlcə yağı, daha sonra rəngi gəlir. Tərkibi parçalanmış tonal kremi dərhal atmalısınız. Tonal kremləri günəş işığı düşməyən, eyni zamanda sərin yerdə saxlamaq lazımdır.
Tuş
Tuş digər kosmetik məhsullarla müqayisədə ən tez xarab olanıdır. Tuşun xarab olduğunu müəyyənləşdirmək çox asandır. Tuşu iyləyin. Əgər çox pis qoxu gəlirsə, deməli yarasız hala düşüb. Xarab olan tuşun qoxusu dərhal dəyişir, həm də quruyur. Tuşun gec quruması üçün içinə bir-iki damcı hind qozu yağı, yaxud badam yağı əlavə edə bilərsiniz. Tuşu otaq temperaturunda saxlamaq lazımdır.
Ardı →