London dünya modasının mərkəzinə çevrilib

Araşdırmalar sübut edir ki, London artıq dünyanın moda mərkəzi sayıla bilər. Belə ki, London modaya görə Nyu-York və Parisi geridə qoyub, Londonu artıq dünya modasının paytaxtı hesab etmək olar. Bu şəhər bir il ərzində Nyu-York və Parisi geridə qoyub. Amerikanın «Global Language monitor» tədqiqat təşkilatının mütəxəssisləri belə nəticəyə gəlib. Araşdırmalara görə, Böyük Britaniya dizayneri Aleksandr Makkuinin vəfatından sonra, həmçinin mətbuatın Ketrin Middlton və Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsinin toyuna yönələn diqqəti sayəsində London moda dünyasında birinciliyi əldə edib.


Ardı →

Qış geyimləri

Payız mövsümü bitdi, soyuqlu qarlı günlər gəldi. Dəb həvəskarları qarderoblarındakı sviterləri istifadə etməyə başladı. Ancaq bu sviterlər dəblə uyuşurmu? Bu sualı dünyanın məşhur dizayner və modelyerləri  özlərinə də verdilər. Və çox düşünüb daşınmadan belə qənaətə gəldilər ki, bu mövsüm sviterlərdə yeni naxışlar, elementlər, printlər  əlavə etmək lazımdır. Bu naxışların mənbəyini də təbiətdən götürdülər. Bunlar əsasən üç tendensiya üzərində qurulub:
1. Relyef naxışlar. Bunlar iri qaba toxunuşlu naxış elementləridir ki, sviterlərdə hörükvari formada görsənir.  Belə model sviterləri qode-yubkalarla geyinmək olar. İlk baxışdan bir növ 50-ci illərin dəbini xatırlatsa da, müasir görünür. Belə geyimlə uzunboğaz çəkmə və fetr şlyapa yaraşır.
2. Ağ-qara naxışlı sviterlər. Bu klassik forma bir növ mövsümün hitidir. Belə naxışlı sviterləri hər yerə geyinmək olar. Əsasən qalın kolqotkalarla və denim yubkalarla geyinmək məsləhət görülür. Ağ-qara naxışlı sviterlərə parlaq aksessuarlar daha çox yaraşır.
3.  Şən printlər. Bir çox dizaynerlər bu sviterləri sevimli heyvan rəsmləri ilə bəzəyiblər. Bunlar əsasən meşə maralları, cazibədar panda, şıltaq meymunlar, ipək yunlu quzular və başqa heyvan növləridir. Belə sviterləri dar şalvarlar və cinslərlə geyinmək olar. Belə geyimlərlə yersiz aksessuarlardan qaçmaq lazımdır.
Sviterləri tanınmış modelyer və dizaynerlər qışın ən əsas geyim növlərindən biri sayır. Biz sizə bunların bir neçə növünü təqdim etdik. Öz zövgünüzə uyğun olanı seçib, geyinin ki daima dəbli görünə biləsiniz.
Davamı →

Fusion-moda

Hər dəfə eyni formada, eyni görkəmdə, eyni stildə geyinmək dəbdə monotonluğa gətirib çıxarır. Ən dəbli insanlar öz geyim formalarını gündən-günə dəyişməyə çalışır. Tanınmış modelyer, dizayner, hətta psixoloqlar belə hesab edirlər ki, bu hər bir insanın həyat tərzinə, iş əmsalına və bəzən də xarakterinə təsir edir. Aparılan təcrübələr də göstərir ki, belədə ətrafdakılar da sizi yaxşı qəbul edir.
Müxtəlif üslubları, müxtəlif stilləri birləşdirib, geyinərək, insanın öz obrazını da formalaşdırır. Bu mövzuda tanınmış dizayner və modelyerlərin təqdim etdiyi üslublarla sizi tanış edirik:


Ardı →

Kokteyl paltar

Kokteyl gecələri 1920-ci illərdə Amerikada yaranıb. Bu şənliklərdə iştirak edən xanımlar daima qeyri-adi donların axtarışında olublar. Əvvəlcə  xanımlar çox qısa olmayan donlar geyinirdilər. Bu donların fasonun fərqliliyi onların qolları və boynu açıq olmasında olub. Belə donları cəsarət edib geyinənlər əksəriyyəti subay gənc xanımlar olub.
Artıq 1930-cu illərdə  dar və düz ətəkli donlar dəbə minir. Bu cür geyimləri müxtəlif yaşlı xanımlar, həmçinin, evil qadınlar da geyinməyə başlayır.
Müxtəlif geyim formalarının artması kokteyl gecələri üçün donları  məşhurlaşdırıb. Bu günə qədər kokteyl ziyafətləri üçün donlar dəyişilir, yeniləşir və hər dəfə bu geyimlərə cürbəcür maraqlı detallar əlavə olunur.

Davamı →

Moda və qadağa

Elitar dəblərin bir çox qanunları var ki, bu gün də onlara riayət edilib və edilməkdədir. Amma zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər isə bu çərçivələrə sığmır və çox vaxt bunun əksinə gedərək, müvəffəqiyyət qazanırlar.

1. Məsələn, əvvəllər deyirdilər ki, çanta ilə ayaqqabı eyni rəngdə olsa, daha gözəl görsənər. Ancaq XXI əsr dizaynerləri belə düşünmür. Onların qənaətincə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər baxımlı olar. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metallik rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyuşar.


Ardı →

Payız modası

Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və sairə.
Ardı →

Moda nədir?

Əgər təbiət qadını modanın saldığı halda yaratsaydı, o zaman qadın ümidsiz halda olardı. (P. Buast)


Ətrafda modadan söhbət açan jurnallar, qəzetlər onu göstərir ki, bir çoxları üçün moda bəhsi və ya daha doğrusu modanın özü həqiqətən də maraqlıdır.  Görəsən moda həqiqətən də bu qədər önəmlidirmi, yoxsa, biz onu bu qədər böyüdürük?


Fikir verdinizsə saytda “Moda imperiyası” adlı bir bloq açdıq. Moda imperiyası – bu ad özü də böyük səslənir, hər-halda o yerdə ki bir “imperiya” sözü ki işlənir, demək ki, moda günümüzdə həqiqətən də önəmli bir yer daşıyır. Hər-halda bunun önəm dərəcəsinə görə də ayrılan bir təbəqə var.


Ardı →