Azərbaycan nizamişünaslığındakı təhrif və interpretasiyalara bir nəzər

Dünya nizamişünaslığına nisbətən daha gənc olan Azərbaycan nizamişünaslığının tarixi təqribən bir əsr öncədən başlayır. Müxtəlif siyasi ideologiyaların bir-birini əvəz etdiyi bu zaman kəsiyində nizamişünaslıq, təbii ki, eyni səviyyədə diqqət mərkəzində olmamışdır. Çar Rusiyasının tabeliyində olduğumuz dövrdə təməli atılan Azərbaycan nizamişünaslığını sovet dövründə çeşidli maraqlar müşayiət etmiş, nəticədə çoxsaylı monoqrafiyalar ərsəyə gəlmiş və müstəqillik dövründə, əsasən, həmin məktəbin ənənələri davam etdirilmişdir. Bu yaşadılan ənənələrdə, təəssüf ki, sovet dövrünün siyasi-ideoloji baxışı və ondan qaynaqlanan ədəbi yozumların da güclü təsirini görmək və aşkarlamaq mümkündür.

Davamı →

Akademik Həmid Araslı və Azərbaycan Nizamişünaslığı

Azər­bay­ca­nın gör­kəm­li ali­mi, klas­sik ədə­biy­ya­tı­mı­zın yo­rul­maz təd­qi­qat­çı­sı və na­şi­ri aka­de­mik Hə­mid Aras­lı­nın əvəz­siz xid­mət­lə­rin­dən bi­ri də onun XX əsr Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın in­ki­şa­fı­na ver­di­yi qiy­mət­li el­mi töh­fə­lər­dir.
Hə­mid Aras­lı­nın ilk gənc­lik döv­rü XX əs­rin 30-cu il­lə­ri­nə, yə­ni Azər­bay­can­da to­ta­li­tar so­vet re­ji­mi­nin ağır ke­çid mər­hə­lə­si­nə tə­sa­düf edir. Mə­lum­dur ki, 30-cu il­lə­rin so­nu­na doğ­ru dəh­şət­li rep­res­si­ya ma­şı­nı bir çox zi­ya­lı­la­rı, ədə­biy­yat xa­dim­lə­ri­ni küt­lə­vi tə­qib və məh­və mə­ruz qoy­du­ğu bir dövr­də, sağ qal­ma­ğa ma­cal ta­pan­lar Azər­bay­can xal­qı­nın mə­də­niy­yət və ədə­biy­ya­tı­nı ya­şat­dı­lar, təd­qiq və təb­liğ edə­rək, gə­lə­cək nə­sil­lə­rə ər­mə­ğan et­di­lər. O ağır 1937-39-cu il­lər­də bö­yük Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi ir­si­nin öy­rə­nil­mə­si və təb­li­ği işi ədə­bi ic­ti­ma­iy­yə­tin qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri idi.

Davamı →