Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyev haqqında

  • Hərb
Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.

Davamı →

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar

  • Esse
Qardaşım məndən üç yaş böyük idi və hərbi xidməti də məndən üç il əvvəl bitirmişdi, amma nədənsə, müharibənin beşinci günündə ilk zəng ona gəldi. Həmin axşam, evin hansısa künc-bucağına atdığımız balaca cib telefonunu da tapıb qardaşımın sabah özüylə aparacağı şeylərin arasına qoyduq. Axşam yatmazdan əvvəl anamla atamın həyətdə asta səslə nəsə danışdıqlarını hiss elədim və anamın kövrək pıçıltısını eşitməmək üçün pillələri sürətlə qalxıb otağıma getdim. Bir az sonra qardaşım, nömrəsi çıxarılmış telefonla yanıma gəldi və axşam yuxuya getməzdən əvvəl onu necə çox istədiyimi ilk dəfə dərindən hiss edərkən gözlərim doldu.

Davamı →

Müqəddəs qələbəyə and içirəm

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.

Davamı →

Bülbül

    Bülbül.

            Gözlərini açmağa çalışdı, açdı da, amma içəri elə qaranlıq idi ki, heç bir şey görmək mümkün deyildi. Bir anlıq harada olduğunu yadına sala bilmədi, bir az fikirləşəndən sonra son bir neçə saatda olan hadisələri yavaş-yavaş xatırlamağa başladı...

 

           … Düşmən qəfil hücuma keçmişdi. Əslində buna “qəfil” demək olmazdı, batalyonda hamı bilirdi ki, ermənilər dünənki hayıfı çıxmağa çalışacaqlar. Üzbəüz mövqelərə bir neçə tank və sair zirehli texnika gətirmişdilər. Ağır döyüşdən çıxmış uşaqlar bərk yorulmuşdular və silah-sursat da tükənmişdi. Komandir arxadakılarla əlaqə saxlamışdı və söz vermişdilər ki, kömək gələcək. Lakin söz verdilər, kömək vermədilər… Və budur, onlar cinahlardan hücum edən düşmənin tələsinə düşdülər.


Ardı →

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

  • Hərb
Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.
Davamı →