Uşağa ad qoymaq

Necə ad qoymalı?


Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.
Doğulduğu zaman uşağa verilən şəxsi isim onun adı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir…”.
Davamı →

Övladınıza ad seçərkən diqqətli olun

Ad seçəndə diqqətli olun ki, o ad övladınızın üzərində damğa, qüsur kimi görünsün.
Ailədə uşaq doğulur. Böyük-kiçik hamı ad düşünür, ad seçir. Biri babanın adını məsləhət görür, biri dəbdə olan adlardan birini təklif edir, biri də bu ikisinin arasında bir şey axtarır. Xülasə, fikirlər səslənir, məntiqlər toqquşur. Hamı da öz dediyinə haqq qazandırmağa çalışır.

Valideynin övlad qarşısındakı ilk borcu ona gözəl bir ad verməkdir. Yəni bu işdə məsuliyyət valideynlərin boynuna düşür. Bu haqq onlara aid olsa da, valideynlər bu haqqı könüllü şəkildə babaya, nənəyə də həvalə edə bilərlər.
Ad məsələsi ümumiyyətlə, həssas mövzudur. Qədimdən uşaqlara adlar seçilərdi: Əhməd, Məhəmməd, Mahmud, Mustafa, İsmayıl, Əli, Həsən, Hüseyn, Mehdi, Sahib, Xədicə, Fatimə, Ayişə… Bu adların hamısı dini xarakter daşıyır.
Davamı →