Arzusu ürəyində qalan Xalq artistimiz - İlham Əsgərov

İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhətin “Tağı və Nağı” pyesində Nağı rolunu canlandırıb.
1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə imtahan verir. İmtahanı ondan Adil İsgəndərov götürür. Lakin İlham böyük sənətkarı tanımır.
Davamı →

Gəlinini iş yoldaşına qısqanan Qoçu Əsgər

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Onun 5 yaşı olanda valideynləri dünyasını dəyişib. O, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin səkkiz yaşı olanda nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür.
Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası olub. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın kasıb olur. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir, Şeytanbazarda gürcü dostunun atasının «Vano dayı» adlı tramvay parkında fəhlə işinə düzəlir.

Davamı →

Səhnəmizin Ziyası - Kazım Ziya

Azərbaycan  səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın  xüsusi yeri var.  Onun səhnədə yaratdığı müxtəlif obrazlar  bir sənətkar üçün  olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa  malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif  ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.

Davamı →

Mixaylo kimi tanınan Nodar Şaşıqoğlu

Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub, atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.
N.Şaşıqoğlu acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub.

Davamı →

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi

Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Davamı →

Sənət zirvəsinin fatehi, sürgün həyatı, həmkar xəyanəti..

Müasir sənətsevərlər onu köhnə videofilm kadrlarından xatırlayırlar. Üzündəki baməzə ifadəsi ilə tamaşaçılara bir anlıq təbəssüm hissi bəxş edən bu insan Azərbaycan milli teatr sənətinin məhək daşlarından biri olub. Söhbət yaratdığı obrazları iləsənətin zirvəsinə ucalmış görkəmli aktyor Mirzağa Əliyevdən gedir.
O, 1883-cü ilin yaz günlərinin birində Abşeronun cənubundakı Hövsan kəndində kasıb Əli kişinin ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə (1892) və rus-tatar məktəbində (1895) aldıqdan sonra sənədlərini peşə məktəbinə versə də, maddi sıxıntılar səbəbilə təhsilini davam etdirə bilməyib.
Davamı →

Sərt atanın 17 övladından biri

Onun haqqında yazılarımdan birində belə bir cümlə işlətmişdim – Özü olmayanda qədri bilinəcək sənətkarlardandır.  Biz beləyik, dəyərli insanları — alimi, ustadı, sənətkarı sağlığında bilmərik, itirəndən sonra itkinin ağırlığını anlayarıq. Allah gecindən versin, onu itirməyək, cismən Tanrı nə zaman istərsə, o zaman aparır bəndələrini. Əsas olan odur ki, sağlığında itirməyək insanı, sənətkarı. Nə qədər ki var, yaşayır, hələ yarada biləcəyi obrazlar çoxdur, potensialı içində qovrulur, özü bilir nəyə qadirdir, bilməli olan, onu özünün içindən alıb çıxarda biləcək kimsə olsun təki.
Davamı →

Rasim Balayevin həyat hekayəsi

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər…
Davamı →

Səməndər Rzayevin ömür yolu

Çox qədim bir əfsanə var — Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi “Aktyor” olan Səməndər 
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.
Davamı →

Hacı İsmayılov

72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi. Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.
“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir.  Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.
Davamı →