Sərt atanın 17 övladından biri

Onun haqqında yazılarımdan birində belə bir cümlə işlətmişdim – Özü olmayanda qədri bilinəcək sənətkarlardandır.  Biz beləyik, dəyərli insanları — alimi, ustadı, sənətkarı sağlığında bilmərik, itirəndən sonra itkinin ağırlığını anlayarıq. Allah gecindən versin, onu itirməyək, cismən Tanrı nə zaman istərsə, o zaman aparır bəndələrini. Əsas olan odur ki, sağlığında itirməyək insanı, sənətkarı. Nə qədər ki var, yaşayır, hələ yarada biləcəyi obrazlar çoxdur, potensialı içində qovrulur, özü bilir nəyə qadirdir, bilməli olan, onu özünün içindən alıb çıxarda biləcək kimsə olsun təki.
Davamı →

Rasim Balayevin həyat hekayəsi

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər…
Davamı →

Səməndər Rzayevin ömür yolu

Çox qədim bir əfsanə var — Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi “Aktyor” olan Səməndər 
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.
Davamı →

Hacı İsmayılov

72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi. Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.
“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir.  Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.
Davamı →

Həvəskarlar dərnəyindən böyük səhnəyə

O, 60 il sənət üçün yaşayıb, səhnəni sevib.
Onu sənət dünyasının əbədiyaşar sənətkarı adlandırırlar. Xalq artisti Möhsün Sənani milli aktyorluq sənətimizin, teatr və kinomuzun inkişafına layiqli töhfələr verib. Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor kimi seçilib. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması olub.
 Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Erkən yaşında ata-anasını itirən M.Sənani nənəsinin himayəsində qalıb.

Davamı →

Bizim Cəbiş müəllim

  • Kino
O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi...
Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat”  əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik. 
Davamı →

Ramiz Novruzov

İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam, insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. Görmüşəm ki, el şənliyində zabitlər onu – general Həzi Aslanovmuş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü olmayıb elə Həzi Aslanova dönüb.
Davamı →

Ekranlarda əbədi yaşayan korifey aktyor

  • Kino
Kino tənqidçiləri Ə.Ələkbərovun rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşadığını, hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malik olduğunu qeyd edirlər.
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyində, daha sonra Bakı Teatr Texnikumunda təhsil alıb. Bir müddət Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə («Hücum») kimi yaddaqalan obrazlar yaradıb.
Davamı →

Uşaqların sevimlisi “Ələkbər əmi”

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynov 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Qurban, H.X.Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R.Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin “Qar qız”ında Lel, R.Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynayıb.
Davamı →

Ağahüseyn Cavadov

İncəsənətin, teatr və kinonun həyat üçün nə qədər vacib olduğunu hər birimiz yaxşı bilirik. Həyat hadisələrinin təfsilatı sənət adamlarının yaradıcılığında cilalanır, təhlil edilir. Bu mənada səhnəni, ekranı həyat məktəbi, sənətkarları isə peşəkar pedaqoq adlandırırıq.

Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) da məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə A.Cavadovun peşəsinə olan hörmətinin və sevgisinin təzahürüdür ki, iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşamadadır.
Davamı →