Alma şirəsinin orqanizmə faydaları

Həftə ərzində özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri hiss edirsinizsə, bu hər hansı bir xəstəliyin başlanması ilə yanaşı, orqanizminizin zərərli maddələrlə, toksinlərlə yüklənməsindən xəbər verir.

Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir.

Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.

Orqanizmin təmizlənməsinin bir çox üsulları var.

Bəzi mütəxəssislər belə üsullardan biri kimi orqanizmə faydalı içkiləri məsləhət görür.

Bu içkilər sırasında alma şirəsini xüsusi qeyd etmək lazımdır.

Alma tərkibində olan mineral duzlar sayəsində sidik təmizləyici və qan təmizləyici xüsusiyyəti ilə tanınır.

— Vitaminlər və mineral duzlar təmizləmə xüsusiyyəti ilə yanaşı enerji mənbəyidir.

— A vitamin tənəffüs yollarını, sinir sistemini, qan damarlarını və dərini sağlam saxlayır.


Ardı →

Daha çox alma, daha sağlam ürək

Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: 

 Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.


Ardı →

Yaşıl almanın faydaları

  • Flora

A, B, C, D vitaminləriylə zəngin olan yaşıl almanın faydaları barədə ətraflı məlumatı sizə təqdim edirik.

— Yuxusuzluğa müsbət təsir göstərir.

— Dəriyə parlaqlıq və gözəllik verir.

— Yüksək təzyiq və xolestrolu aşağı salmağa kömək edir.

— Revmatizm xəstəliyinə faydalıdır.

— Qan şəkərini normada saxlayır.

— Bağırsaq bakteriyalarından yaşıl almayla xilas ola bilərsiniz.

— Yaşıl alma çox yaxşı antioksidan hesab edilir.

— Yorğunluğu aparır.

— Nəfəs çatışmazlığına faydalıdır.


Ardı →

Almanın faydaları

  • Flora
alma və alma sirkəsi
Alma və alma sirkəsinin təbii gözəllik və sağlamlıq qaynağı olduğunu bilirdiniz?
Dəri baxımı, saç baxımı, sızanaq, dəridəki ləkələr, köklük və daha nələrə xeyri olan alma tam bir möcüzədir.

 Xüsusilə alma sirkəsi sağlamlıqla parlayan saçlar, ləkəsiz bir dəri və incə, gözəl bir bədənə qovuşmağınız üçün əhəmiyyətli rol oynayar.

Bir stəkan suyun içinə 1-2 xörək qaşığı alma sirkəsi qoyun. İçinə 1 xörək qaşığı bal əlavə edib səhərlər nizamlı olaraq ac qarınına için. Bu arıqlamağa görə ən effektiv üsuldur.
Davamı →

17 yaş cavanlaşdıran meyvə

alma
Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelementlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.
Ardı →

İncə bellər uzun yaşayır

Artıq kütlənin toplanması ilə əlaqədar kökəlmənin iki tip forması ayırd olunur.Alma və rmud tip adlandırılına bu formalar öz xüsusiyyətləri ilə seçilir və artıq bir çoxlarımız məlumdur.Birinci halda əsas piy kütləsi əsas bel və çanaq olmaqla aşağı hissədə toplanırsa,ikinci tipdə yuxarı və aşağı nahiyə üzrə bərabər paylanır.


Ardı →

Cənnət meyvələri

Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən «hə» cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma «Qurani Kərim»də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, «Cənnət görmək istəyən Azərbaycana gəlsin». Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.


«Daş əridən» albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında «Tikansız sidr ağacları» («Vaqiə» surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır.


Ardı →

Alma-Malus Domestica

  • Flora
Alma qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir.Azərbaycanda almanın 300-ə qədər müxtəlif növü və çeşidi vardır.Bunlardan 60-ı sənaye üçün əhəmiyyətlidir.Almanı digər şirəli meyvələrdən fərqli olaraq bütün il boyu saxlamaq olar.Almanın yetişmə fəsli aşagıdakı kimidir:
yay (iyul,avqust)

Ardı →