Hamı xəyanət edə bilər
Anton Çexovun «Bektaşi üzümü» hekayəsinin qəhrəmanı İvanoviç bütün həyatı boyu bir malikanə almaq və həmin malikanənin həyətində bektaşi üzümü yetişdirmək arzusu ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək üçün həba edir. Yemir-içmir, gəzmir, gecə-gündüz işləyir, yenə də arzusunda olduğu mülkü almağa pulu çatmır. Öz gücünə o pulu toplaya bilməyəcəyini başa düşən İvan pul üçün zəngin, eybəcər, dul bir qadınla evlənir. Varlı qadının pullarını da öz pulları kimi xəsisliklə xərcləyir. Zəngin həyatdan gələn bu qadın İvanoviçlə yaşadığı həyatın çətinliklərinə dözə bilməyib, qısa zamanda vəfat edir və nəhayət, İvanoviç bütün həyatını uğruna sərf etdiyi arzusuna çatır. Xəyalındakı mülkü alır və həmin mülkdə 20 ədəd bektaşi üzümü kolu əkdirir.
Davamı →
Davamı →